Buzadırmanma üzrə açıq ölkə çempionatı keçiriləcək

Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə fevralın 4-5-də Qusarda buzadırmanma üzrə açıq ölkə çempionatı keçiriləcək.

Etikxeber.az xəbər verir ki, yarışda 16 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Çempionat ölkəmizdə ekstremal idman növlərini inkişaf etdirmək, gəncləri bu idman növlərinə cəlb etmək, beynəlxalq yarışlarda iştirak edəcək yığma komandanın formalaşması məqsədi daşıyır.

Yarış çətinlik və sürət növü üzrə Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının qaydalarına əsasən keçiriləcək. Buzadırmanma yarışının qaydalarına əsasən, qalib şəxsi hesablamada ümumi balların cəminə görə, komanda yarışında isə komanda üzvlərinin ümumi ballarının cəminə əsasən müəyyən olunur.

Ümumi nəticələrə əsasən müəyyən olunmuş qaliblər Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hədiyyələr, kubok, medallar və müvafiq diplomlarla mükafatlandırılacaqlar.

Etikxeber.az

Read Previous

Millət vəkili “Milana” hospitala niyə getmişdi? – FOTOLAR

Read Next

Lempard peşəkar karyerasını başa vurdu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir