Cəbhədə minaatan bölmələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılır – FOTO

Cəbhəboyu zonada yerləşən hərbi hissələrin minaatan bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır.

Müdafiə Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, dağ-meşəlik və düzənlik ərazilərdə keçirilən praktiki məşqlərə cəlb olunan heyətlər 120 millimetrlik özüyeriyən CARDOM minaatan komplekslərindən şərti düşmənin yüngül zirehli texnikası, canlı qüvvəsi və atəş nöqtələrini imitasiya edən, eləcə də təbii maneələrin arxasında yerləşən və müşahidə edilməyən digər hədəfləri məhv etmək tapşırıqlarını yerinə yetirir.

Döyüş minalarından istifadə edilməklə keçirilən məşqlərdə şəxsi heyət bölmələrin döyüş və səfər düzülüşü, hədəflərin aşkarlanaraq təyin edilməsi, atış yerinin seçilməsi, mövqeyin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativləri icra edir.

Etikxeber.az

Read Previous

“Əliyevlə Ruhani arasındakı dostluq münasibətləri daha da möhkəmləndirir”- İBRAHİMOV

Read Next

Hakimlərimiz Türkiyədə 3 oyunu idarə edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir