“Cəbhənin Ağdam istiqamətində düşmən itki verib…”-MN-DƏN TƏKZİB – DAHA BİR BƏRDƏ SAKİNİ HƏLAK OLDU – YENİLƏNİB – (1)

Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər təxribat xarakterli dezinformasiyadır.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan ərazisindən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusu bölmələrinin mövqelərini gün ərzində intensiv atəşə tutub.

Ordumuz yalnız sərhədlərimiz çərçivəsində düşmənin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görür:

“Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur”.

***

Ermənistan silahlı qüvvələrinin bölmələri Bərdə rayonunun Əyricə kəndini atəşə tutub.

MN-dən bildirilib ki, nəticədə bir nəfər kənd sakini həlak olub.

***

MN: “Cəbhənin Ağdam istiqamətində düşmən itki verib”

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi ziyan vurulub.

MN-dən qeyd edilib ki, bu istiqamətindəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib.

Alayın gücləndirilməsi məqsədilə buraya gətirilən və içərisində könüllülər olan avtobus qəzaya uğrayıb. Nəticədə 30 nəfərədək ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin xəsarət aldığı məlum olub.

62-ci artilleriya briqadasının 4-cü reaktiv divizionunun atəşə tutulması nəticəsində bir BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb, şəxsi heyət arasında ölən və yaralanan var.

Etikxeber.az


Read Previous

“Daha 16 kənd… Müzəffər Ali Baş Komandan yenə milyonların sevincinə sevinc qatdı….Xüsusilə də, xocalıları sevindirdi, Xocalının qisasının alındığını və bundan sonra da alınacağını bəyan etmiş, duyurmuş oldu…”-ELDƏNİZ SƏLİMOV

Read Next

“İşğal olunmuş Zəngilan rayonu ərazisində Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin tapılması düşmənin işğalı davam etdirmək niyyətini təsdiq edən növbəti faktlardır”-FATMA YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir