Cəbrayıl şəhərinə bu gün 33 ailə-183 nəfər köçürüldü-NÖVBƏTİ KÖÇ

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Etikxeber.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 33 ailə – 183 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidlərindən Şahmar Seyidovla Rövşən Mehdiyevin-BU GÜN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNLƏRİDİR…

Read Next

Hulusi Akardan İlham Əliyevə-XATİRƏ HƏDİYYƏSİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir