“Cəbrayılı azad edən şanlı Ordumuz çox tezliklə Qələbə bayrağını Şuşamızda da, Laçınımızda da, Kəlbəcərimizdə də dalğalandıracaq…Qələbə, Qarabağ bizimdir və bizim olacaq”-KAMİLƏ ƏLİYEVA

Xalqımızı Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr, Suqovaşının, Talışın, Füzuli və Cəbrayıl rayonunun daha bir neçə kəndnin, o cümlədən, Cəbrayıl şəhərinin düşmən işğalından azad olunması münasibəti ilə ürəkdən təbrik edirəm. Bu, böyük, möhtəşəm Zəfərdir. Bu, unudulmaz, möhtəşəm tarixdir. Azərbaycan Prezidenti, Azərbaycan Ordusu tarixi yazır. Var olun, Ali Baş Komandan, var ol, igid, müzəffər Azərbaycan Ordusu, Azərbaycan Əsgəri! Sizinlə, Sizlərlə fəxr edir, öyünür, iftixar, fəxr hissi keçiririk. Hisslərimizi ifadə etmək üçün sözlər, kəlmələr belə yetmir. Tarixi anları yaşayırıq.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

“Xalqımız, hər birimiz bu günləri, qələbələri, zəfərləri çoxdan gözləyirdi. Bu, bizim haqqımız idi. Çünki bizim işimiz Haqq işi di, biz Haqq savaşı aparırdıq. 32 ildən artıq müddət ərzində gözləri qandan doymayan mənfur qonşularımız, faşist, nasist, terrorist Ermənistan və onun havadarları torpaqlarımızı işğaldan azad etmək istəmir, ərazilərimizi işğal altında saxlamaqda davam edir, qətllər törədir, sülhə, təhlükəsizliyə təhlükə törədir, təxribatlardan, fitnəkarlıqlardan əl çəkmirdi. Son zamanlar bu təxribatlar, fitnəkarlıqlar daha da artlmışdı”-deyən millət vəkilinin sözlərinə görə, hər dəfə də düşmənə, işğalçıya layiqli cavabları verilirdi. İyul hadisələrində də Ordumuz, dövlətimiz düşmənə, havadarlarına kəskin və layiqli cavablarını vermişdi.

“Dövlət başçımız, Ali Baş Komandanımız dəfələrlə Ermənistana, onun başsız başbilənlərinə kəskin xəbərdarlıqlar edir, onlara sərt mesajlar verir, “təxribatlardan əl çəkməsəniz, daha ağır cavabınızı alacaqsınız”-deyirdi. Amma düşmən yenə də eşitmək, dinləmək istəmir, özünü daha quduzlaşmış aparırdı. Ancaq bizim də-Azərbaycan xalqının da, Azərbaycan Ordusunun da səbrinin, dözümünün bir həddi var idi. Sentyabrın 27-də Ermənistanın növbəti qanlı təxribatı ilə Azərbaycanın səbr kasası daşdı və Silahlı Qüvvəlırimizə bütün cəbhə boyu əks-hücum əməliyyatına keçmək, Vətən müharibəsinə başlamaq əmri verildi. Şanlı Ordumuz həmin andan düşmənə daha ağır zərbələr endirərək, ona böyük itkilər verdirdi və verdirməkdədir. Bir günün içində 7 kəndimiz, Ağdərə istiqamətində hakim yüksəkliklər və Murov zirvəsi işğaldan azad olundu.

Dünən və bu gün isə müzəffər, şanlı Ordumuz növbəti dəfə Zəfər yazaraq, Füzuli və Cəbrayıl rayonlarının daha bir neçə kəndini, Cəbrayıl şəhərini, Ağdərənin Suqovuşan, Tərtərin Talış kəndini düşmən işğalından azad etdi, Qələbə bayrağını sancdı. Ancaq bu, son olmayacaq. Şanlı Ordumuz Zəfər yürüşünü bundan sonra da davam etdirəcək və tezliklə işğal altındakı bütün yurd yerlərimizi işğaldan azad edəcək, üçrəngli bayrağımızı Şuşamızda, Kəlbəcərimizdə, Laçınımızda, Qubadlımızda, Zəngilanımızda dalğalandıracaq. Düşmən nə qədər azğınlaşsa da, ikinci şəhərimiz olan qədim Gəncəmizi atəşə tutsa da, heç nəyə nail ola, bizi Zəfər yürüşündən, Qələbədən döndərə, çəkindirə bilməyəcək. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Baş Prokuror-BƏYANAT VERDİ… – YENİLƏNİB

Read Next

Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı-SANCILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir