Cəbrayıllı məcburi köçkün ağdamlı məcburi köçkünü şişlə qətlə yetirdi- BAKIDA

Bakıda qətl törədilib.

Etikxeber.az-ın məlumatına görə, hadisə Xətai rayonu Neapol küçəsi 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verib.

Cəbrayıl rayonundan olan məcburi köçkün, 1960-cı il təvəllüdlü Səxavət Xaləddin oğlu Mehdiyev qonşusu, Ağdam rayonundan olan məcburi köçkün, 1971-ci il təvəllüdlü Müşfiq Aydın oğlu Şükürovu şişlə öldürüb.

Məlumata görə, yuxarı mərtəbədə yaşayan M. Şükürovun televizor və maqnitofona yüksək səs verməsi qonşular arasında mübahisəyə səbəb olub. Alt mərtəbədə yaşayan S. Mehdiyev çıxış yolunu qonşusunun işığını kəsməkdə görüb. Bundan sonra mübahisə daha da qızışıb. M. Şükürovun S. Mehdiyevin ünvanına söyüş söyməsi isə son hədd olub və S. Mehdiyev kabab çəkilən şişi qonşusunun bədəninə soxaraq onu öldürüb.

Hadisəni törədən S. Mehdiyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 116 dəfə pozub

Read Next

Dəm qazı can almaqda davam edir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir