Cəbrayılovlar ailəsinin yeganə sağlam övladı, Şamaxılı-18 yaşlı-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ AĞACAN CƏBRAYILOVUN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, 22 YAŞI TAMAM OLUR… – FOTOLAR

Şamaxı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ağacan Zakir oğlu Cəbrayılovun doğum günüdür.

Ağacan Cəbrayılovun bu gün 22 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Ağacan Cəbrayılov 2002-ci ilin may ayının 20-də Şamaxı rayonunda sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri olub.

O, həm də evin-ailənin yeganə sağlam övladı idi.

Bacısı Ləman və qardaşı Sədi fiziki qüsurlu xəstədirlər.

Ağacan 2008-2019-cu illərdə orta məktəbdə təhsil alıb.

Orta məktəbi başa vurduqdan bir müddət sonra, 2020-ci ilin iyul ayının sonlarında həqiqi hərbi xidmətə yollanıb.

İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.

Cəbhənin Ağdam-Xocavənd istiqamətində döyüşüb.

Döyüşlərdən birində ağır yaralansa da, ailəsinin bu barədə xəbəri olmayıb.

Yalnız noyabr ayının 22-də ailəsinə Şəhidliyi xəbəri verilib.

Nəşi isə bir gün sonra, 23 noyabr 2020-ci il tarixində Şamaxı şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda”  “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Ağacan həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 22 yaşı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycan dost və qardaş xalq kimi İrana bütün lazımi dəstəyi verməyə hazırdır”-AZƏRBAYCAN XİN

Read Next

İbrahim Rəisi, Hüseyn Əmir Abdullahian, Ayətullah Əli Haşim, Malik Rəhməti helikopter qəzasında həyatını itirib-İRAN PREZİDENTİNİN SƏLAHİYYƏTLƏRİNİ MÖHBƏR İCRA EDƏCƏK – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir