Cəlal Qurbanov Şəhid ailələri və Qaziləri bu dəfə Xızıda bir araya gətirdi, tədbir düzənlədi, hər zaman Şəhid ailələrinin yanında olduğu üçün Heydər Əliyev Fonduna minnətdarlıq etdi-NAZPƏRİ DOSTƏLİYEVA VƏ RUHƏNGİZ ALLAHVERDİYEVANIN İFALARI İSƏ TƏDBİR İŞTİRAKÇILARINI KÖVRƏLTDİ, DUYĞULABDIRDI – FOTOLAR – YENİLƏNİB – (1)

Hər zaman Şəhid ailələrinin yanında olan tanınmış xeyriyyəçi-iş adamı Cəlal Qurbanovun təşəbbüsü, təşkilatçılığı və rəhbəri olduğu “Mənim oğlum qəhrəmandır!” layihəsi çərçivəsində Şəhid ailələri üçün təşkil olunmuş növbəti gəzinti-səfər baş tutub.

Xızı rayonuna baş tutan səfər 30 avqust 2024-cü il tarixində gerçəkləşdirilib.

Etikxeber.az xəbər verir ki, səfər zaman öncə Stalin repressiyasının qurbanı, nakam şair Mikayıl Müşfiq və böyük yazıçı-dramaturq Cəfər Cabbarlının Xızıdakı ev-muzeyləri ziyarət olunub.

Ziyarət zaman Şəhid ailələri tərəfindən Mikayıl Müşfiqin və Cəfər Cabbarlının ruhlarına dualar edilib.

Sonra Xızı rayonunun səfalı güşələrində birində tədbir-məclis düzənlənib.

Yüzlərlə Şəhid anası, Şəhid atası, Şəhid övladıŞəhid xanımının, Qazilərin, ziyalıların, o cümlədən tanınmış sənətçilər-Xalq artisti Nazpəri Dostəliyeva və Əməkdar artist Ruhəngiz Allahverdiyevanın iştirak etdiyi təbdir-məclisdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar edilib.

Cəlal Qurbanov Şəhid ailələri, Qazilərlə bir arada olmaqdan qürur duydğunu bildirib.

Eyni zamanda, tədbirin baş tutmasına, verilən dəstəyə, xüsusilə, hər zaman Şəhid ailələrinin, Qazilərin yanında olduğuna görə, Heydər Əliyev Fonduna və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərova minnətdarlığını ifadə edib.

Şəhid ailələləri-Şəhid Anaları, Şəhid Ataları Şəhid Xanımları da öz çıxışlarında hər zaman onların yanında olduğu və növbəti dəfə belə bir gözəl səfər-tədbir düzənlədiyi üçün Cəlal Qurbanova təşəkkürlərini ifadə ediblər.

Bildiriblər ki, artıq Cəlal Qurbanov onlardan biridir, Şəhid ailələrinin doğmasıdır.

Şəhid ailələri çıxışlarında eyni zamanda, övladlarının ömür yolundan, İgidlik və Qəhrəmanlıqlarından danışıb, övladları, doğmaları ilə Fəxr etdiklərini və Qürur duyduqlarını dilə gətiriblər.

Tədbirdə həmçinin, Vətənə, Şəhidlərə həsr olunmuş şeir və mahnılar səsləndirilib.

Tanınmış sənətçilər Nazpəri Dostəliyevanın və Ruhəngiz Allahverdiyevanın ifaları isə tədbir-məclis iştirakçılarını təsirləndirib, duyğulandırıb, kövrəldib.

Həm sənətçilər özləri, həm də Şəhid ailələri, tədbir iştirakçıları göz yaşlarını saxlaya bilməyiblər.

Şəhid ailələri tərəfindən adları çəkilən sənətçilərə də minnətdarlıq ifadə olunub.

Bununla yanaşı, Cəlal Qurbanovun qız övladının ali məktəbə daxil olması ilə bağlı ailəsinə gözaydınlığı verilib, alqış sədaları altında tort kəsilib.

Ümumilikdə 10 saata yaxın davam edən səfər-tədbir yaddaşlarda qalacaq, unudulmyacaq bir səfər-tədbir olub.

***

FOTOLAR:

01:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Hamınız bir nəfər kimi 1 sentyabrda səsverməyə gedin, ən layiqli hesab etdiyiniz namizədə səs verin…”-AZAY QULİYEV – FOTOLAR

Read Next

Evin-ailənin üç övladından, iki qardaşdan biri, subay, Xüsusi Təyinatlı, bir nəslin beş Şəhidindən biri-BİLƏSUVAR VƏ ABŞERONLU, CƏMİ 20 YAŞLI “QİSAS” ƏMƏLİYYATI ŞƏHİDİ NİCAT MALİK OĞLU QARAZADƏ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir