“Cəmi 16 deputatın Koronavirusla Mübarizə Fonduna ianə etməsi ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir”-MM-DƏN TƏKZİB…

Milli Məclisin cəmi 16 deputatının Koronavirusla Mübarizə Fonduna ianə etməsi ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir.

Etikxeber.az-ın xəbərinə görə, bunu mətbuata açıqlamasında MM-in Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

A. Təvəkküloğlu bildirib ki, parlamentin bütün deputatları, o cümlədən, MM Aparatının və İşlər İdarəsinin işçiləri Koronavirusla Mübarizə Fonduna ianə ediblər.

“Hətta bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova da parlamentin iclaslarının birində mətbuata və ictimaiyyətə məlumat verib. İanə kampaniyasında iştirak edənlərin siyahısı bizdə var. Hətta lazım gəlsə, Fonda ianə edənlərin siyahısını da təqdim edə bilərik”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

2 ay ərzində əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcmi-ARTIRILDI…

Read Next

“Bank borcları məsələsinə də yaxın günlərdə aydınlıq gələcək…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir