Cəmi 18 yaşında canını Vətənə fəda edən-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, 4 MEDALLI YUSİF YUSİFOV… – FOTOLAR

Qəhrəman Goranboy rayonunun Fəxralı (Faxralı) kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən biri də Yusif Oktay oğlu Yusifovdur…

Yusif 2002-ci ilin yanvar ayının 31-də sadə bir ailədə dünyaya göz açıb…

Ailənin iki övladından biri, tək bacının tək qardaş olub…

Həm də sadə, sakit, istiqanlı bir övlad olub…

2019-cu ildə orta məktəbi bitirib, 2020-ci ildə isə həqiqi hərbi xidmətə yollanıb…

İkinci Vətən Müharibəsi başlayanda cəmi bir neçə ayın Əsgəri olub…

Müharibənin ilk günündən də döyüşlərdə iştirak edib…

Və Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına yüksəlib…

Nəşi oktyabr ayının 30-da Fəxralı kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub…

Şəhidliyindən sonra 4 medalla təltif edilib…

Cəmi 18 yaşında həyatı da, arzuları da yarımçıq, nakam qalan Vətən sevdalısı Yusif həm də subay olub…

Avqustun 1-də Fəxralı kəndindən olan digər Şəhidimiz Kərim Yusifovun Cənnətdəki ikinci ad günü ilə bağlı məzarını ziyarət edərkən Yusifin də məzarına baş çəkdim…

Məzarı, ruhu qarşısında ehtiramla baş əydim…

Və anası Nilufər xanımla qısa da olsa, ayaqüstü söhbətləşdim, dərdləşdim…

Həm ona, həm də Şəhidimizin atasına Allahdan səbr və dözüm arzuladım, “Şəhidimizin ruhu şad olsun!”-dedim…

Eyni zamanda, bildirdim ki, Şəhidimizin növbəti ildönümü və Cənnətdəki doğum günləri ilə bağlı mərasimlərə məni də dəvət etsinlər…

Çünki həmin məclislərdə iştirak etmək, Şəhidimiz haqqında yazmaq, paylaşımlar etmək mənim boynumun borcudur-həm bir qələm əhli kimi, həm bir Goranboylu kimi, həm də adi bir insan, vətəndaş kimi…

Məkanı cənnətlik, məqamı Uca olsun, Şəhid balamızın!

Allah Yaralı, Dərdli valideynlərinə səbr və dözüm versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Avropa Komissiyası Ukraynaya 1 milyardlıq-KREDİT KÖÇÜRDÜ

Read Next

Daha bir Şəhidimiz var-ANAR RÜSTƏM OĞLU KAZIMOV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir