Cəmi 18 yaşında Şəhid olan Şuşa fatehi-ƏLİ MƏMMƏDZADƏNİN ANIM GÜNÜ – ANIM MƏRASİMİ KEÇİRİLDİ, QISA, LAKİN ŞƏRƏFLİ HƏYAT VƏ DÖYÜŞ YOLUNDAN DANIŞILDI… – FOTOLAR – YENİLƏNİB – (6)

Bu gün Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əli Turan oğlu Məmmədzadənin Anım Günüdür.

Bu gün Onun torpağa tapşırılmasından bir il keçir.

Düz bir il öncə-bu gün Əli Məmmədzadə doğulub boya-başa çatdığı Mirzalıbəyli kəndində torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Etikxeber.az xəbər verir ki, 2002-ci ilin fevralın 15-də dünyaya gələn Əli Məmmədzadə İkinci Vətən Müharibəsində Əsgər kimi iştirak edib.

Qeyd edək ki, Əli Məmmədzadə 5-ci sinfə qədər Bərdədə təhsil alıb.

Sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb.

Ziğ qəsəbəsindəki 63 nömrəli tam orta məktəbin şagirdi olub.

Eyni anda həm məktəbi oxuyub, həm də idmana gedib.

İkinci Vətən Müharibəsindən bir müddət öncə isə hərbi xidmətə çağırılıb və müharibədə də Əsgər kimi iştirak edib.

Döyüş yolu da uzun olub.

Sentyabrın 27-dən noyabrın 7-nə, İkinci Vətən Müharibəsinin başa çatmasına 3 gün qalmışacan döyüşlərdə iştirak edib.

Və noyabrın 7-də, Şuşa uğrunda döyüşlərdə ağır yaralınıb və cəmi bir neçə gündən sonra Şəhidlik məqamına ucalıb.

Nəşi noyabrın 20-də Mirzalıbəyli kənd qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

***

Anım Günü ilə bağlı bu gün Bakıda-“RİCH PALACE”-də Şəhidin anım mərasimi keçiriləcək.

Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Bərdə, Mingəçevir, Bakı, Goranboy və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər və digər şəxslər iştirak edəcəklər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Dövlət himni səsləndiriləcək, Şəhidlə bağlı çıxışlar olunacaq.

Eyni zamanda, Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunacaq.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Allah ailəsinə səbr versin!

08:21

***

“RİCH PALACE”-də Şəhidin anım mərasimi başlayıb.

Mərasimdə Şəhidin ailə üzvləri, Şəhid ailələri, Qazilər, hərbçilər və digər şəxslər iştirak edirlər.

Mərasim davam edir.

FOTOLAR:

NUR ÜZLÜ ƏLİMİZ…VƏ QƏHRƏMAN ŞƏHİD ANASI…

10:47

***

ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN ANALAR, QƏHRƏMAN AİLƏLƏR…QAZİLƏRİMİZ, İGİDLƏRİMİZ…

11:27

***

QƏHRƏMAN ANALAR…CƏNNƏT ANALAR…

TƏK ÖVLADLARINI ŞƏHİD VERMİŞ TƏK-TƏHNA ANALAR…ARZU ANA VƏ SƏMAYƏ ANA…

***

MƏĞRUR, DİK DURUŞLU ANALAR…

11:54

***

TƏK OĞLUNU-ARİFİNİ ŞƏHİD VERMİŞ SEVİNC ANA…

NƏHAYƏT ANA, XANIMNAZ ANA, FƏXRİYYƏ ANA, ƏSMƏGÜL ANA…

ŞƏHİD ANASI…ŞƏHİD BACILARI…QAZİLƏR BACISI…

İKİ ÖVLADINI ŞƏHİD VERMİŞ HİCRAN ANA…

ŞƏHİD EMİN İSMAYILOVUN ANASI…

VƏTƏN SEVDALILARIMIZ…

DƏRD VƏ QÜRUR ORTAQLARI…

ŞƏHİD BACISI VƏ ŞƏHİD ANASI…

1994-CÜ İLİN ŞƏHİDİ FAİQ RZAYEVİN ANASI-RÜXSARƏ ANA…

***

12:15

***

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Dövlət himni səsləndirilib.

Eyni zamanda, Şəhidlərə aid şeirlər ifa edilib.

Mərasimdə Şəhidin adına ehsan süfrəsi açılıb.

12:28

***

ANALAR, YANAR AĞLAR…

CALAL CALALZADƏNİN ANASI…MƏĞRUR, QÜRURLU ANA…

***

13:12

***

HƏR BİRİ QƏHRƏMAN ANALAR, HƏR BİRİ QƏHRƏMAN OĞULLAR…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 1763 yeni yoluxma-DAHA 20 ÖLÜM…

Read Next

Şamaxıda zəlzələ zamanı insan tələfatı və ya xəsarəti ilə nəticələnən hər hansı hadisə qeydə alınmayıb-DİN-DƏN AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir