Cəmi 18 yaşında Vətən uğrunda canını fəda edən antiterror Şəhidi Gökhan Səfərov-BU GÜN ONUN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜDÜR, 19 YAŞI TAMAM OLUR…

Əslən Ağdam rayonundan olan Mingəçevirli antiterror Şəhidi Gökhan İlqar oğlu Səfərovun doğum günüdür.

Gökhan Səfərovun bu gün 19 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki ilk doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Gökhan Səfərov 2005-ci ilin mart ayının 20-də, Novruz bayramında- Mingəçevir şəhərində, sadə bir ailədə dünyaya göz açıb.

Ailənin üç oğlan övladından biri, evin sonbeşiyi olub.

Böyük qardaşı hazırda ailəlidir.

O, 2011-2022-ci illərdə orta məktəbdə oxuyub.

2023-cü ilin aprel ayında isə Əsgərliyə yollanıb, Qusar rayonunda “N” saylı hərbi hissədə xidmət etməyə başlayıb.

Və 2023-cü ilin sentyabr ayının 19-da-23 saatlıq antiterror əməliyyatı zamanı, cəmi 18 yaşında qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.

Nəşi sentyabrın 21-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Gökhan Mingəçevirin 5 antiterror Şəhidindən biridir.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik olsun, Cənnətdəki ilk doğum günü, 19 yaşı mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

07:06-da Azərbaycana yaz fəsli-DAXİL OLUB

Read Next

“Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!”-MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir