Cəmi 19 yaşında Şəhadətə qovuşan Biləsuvarlı İkinci Vətən Müharibəsi Şəhidi Surac Sadıqovun-SABAH CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜDÜR, 25 YAŞI TAMAM OLUR… – FOTOLAR

Biləsuvar rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Surac Ədalət oğlu Sadıqovun doğum günüdür.

Sabah-15 iyul 2026-cı il tarixində Surac Sadıqovun 25 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Cənnətdəki altıncı doğum günü ilə bağlı sabah Şəhidin Ağalıkənd qəbiristanlığındakı məzarı ziyarət olunucaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, adına ehsan süfrəsi açılacaq.

Etikxeber.az xəbər verir ki, Surac Sadıqov 2001-ci ilin 15 iyul tarixində Biləsuvar rayonunun Ağalıkənd kəndində dünyaya gəlib.

Ailənin beş övladından, üç qardaşdan biri olub.

2007-2018-ci illərdə orta təhsil alıb.

2019-cu ilin yayında həqiqi hərbi xidmətə yollanıb və 2020-ci ilin sentyabr ayının 27-də başlayan İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.

10 oktyabr 2020-ci il tarixində Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhid olan Surac Sadıqov 1 gün sonra-11 oktyabrda Ağalıkənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra üç medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

O, həm də Ağalıkəndin doqquz Şəhidindən və altı İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Cəmi 19 yaşında Şəhadətə qovuşan Surac Sadıqov həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO-VİDEO – YENİLƏNİB – (4)

Read Next

“Övladımın xatirəsinin əbədiləşdirilməsini, uşaq bağçasına onun adının verilməsini istəyirəm”-ŞƏHİD ANASINDAN MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir