Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cəmi iki gün qaldı…
Cəmi iki gündən sonra yeni yaşına qədəm qoyacaq…
Cəmi iki gündən sonra 30 yaşı tamam, yubiley doğum günü olacaq…
Cəmi iki gündən sonra, Milli Qurtluş Günündə, 15 iyun 2025-ci il tarixində üçüncü dekadasını başa vuracaq…
Söhbət xətrini doğma övladlarım qədər çox istədiyim-ömrünün 10 ilini (2013-2023-cü illər) Azərbaycan Ordusuna, Vətənə həsr etmiş Vətən sevdalısı, İgid, Qəhrəman bir Oğuldan-Əfsanəvi Xüsusi Təyinatlı–Bərdəli, Muğanlılı Pərvin Möhübbət oğlu Hüseynovdan gedir…
O Pərvin Hüseynovdan ki, 2016-ci ilin Aprel döyüşlərinin iştirakçısı olub…
O Pərvin Hüseynovdan ki, tarixi-44 günlük İkinci Vətən Müharibəsinin ilk günündən son gününəcən iştirakçısı olub, “Əfsanəvi tabor”un Giziri kimi Füzulidən, Cəbrayıldan, Hadrutdan üzü ta Şuşayacan şərəfli döyüş yolu keçib, ağrı kəllə-beyin travması, kontuziya alıb…
Ancaq yenə də yolundan dönməyib, xidməti fəaliyyətini davam etdirib…
O Pərvin Hüseynovdan ki, Kəlbəcərin təhvil-təslimində iştirak edib, 6 aydan çox Kəlbəcər dağlarında, qayalarında Vətənin keşiyində dayanıb…
2021-ci ildə iki dəfə erməni diversantlarının əsir götürülməsində iştirak edib…
O Pərvin Hüseynovdan ki, 2022-ci ilin “Qisas” əməliyyatında iştirak edib, yenə ağır kəllə-beyin travması alıb…
Sonra səhhəti ilə əlaqədar Azərbaycan Ordusundan təxris olunub…
İkinci Vətən Müharibəsindən həm əvvəl, həm də sonra ölkə Prezidenti, o cümlədən Müdafiə Nazirliyi tərəfindən üst-üstə 8 medalla təltif olunub…
Adı bir neçə dəfə Ordenə təqdim edilsə də, hələ də Haqqını ala bilməyib…
Həm də az qala 2 ildən çox keçməsinə baxmayaraq, hələ də əlillik dərəcəsini, Qazilik Haqqını ala bilməyib…
Ailəlidir, iki gözəl övlad-qız atasıdır…


Bu gün maddi-sosial çətinliklər, sıxıntlar içindədir…
Amma bir dəfə olsun belə kiməsə ağız açmayıb, özünü gözə soxmayıb, reklam etməyib, gözdən-könüldən uzaq olmağa çalışıb…
Ləyaqəti, Şərəfi, Kişiliyi ilə seçilib, fərqlənib…
…Və cəmi iki gün sonra-15 iyunda bu İgid, Qəhrəman Vətən sevdalısının doğum-özəl günüdür…
Doğum günü, yeni yaşı, yubileyi mübarək olsun!
Bütün sıxıntıları və çətinlikləri geridə qalsın!
Qarşıdakı illərdə Haqq etdiyi nələr varsa, hamısına qovuşsun!
Yubiley doğum günü, 30 yaşı bir daha mübarək olsun!
Böyük sayğılarla,
Kamil HƏMZOĞLU (HƏMİDOV)
Etikxeber.az saytının rəhbəri