Cəmi bir neçə ayın Əsgəri, birinci qrup Qarabağ əlili, Qobustanlı Qazi Əşrəf Rəhimzadə və AİLƏNİN TƏK ÖVLADI, APREL DÖYÜŞLƏRİ VƏ İKİNCİ QARABAĞ SAVAŞININ İŞTİRAKÇISI, 5 MEDALLI, SULUTƏPƏLİLİ QAZİ CÜMŞÜD ZEYNALOV…-FOTOLAR

Bugünlərdə, daha doğrusu srağagün-1 oktyabr tarixində daha iki İgidimizlə, Qəhrəmanımızla, Qazimizlə tanış oldum…

Bakının Qobustan (Qaradağ rayonu) qəsəbəsindən olan Əşrəf Rəhimzadə və Sulutəpə (Binəqədi rayonu) qəsəbəsindən, yaşayış massivindən olan Cümşüd Şahin oğlu Zeynalovla…

Əşrəflə əslən Gəncəli İkinci Vətən Müharibəsi Şəhidi Ramal Məmmədovun Lökbatan qəsəbə Şəhidlər Xiyabanındakı məzarını ziyarət zamanı, Cümşüdlə isə Binə qəsəbəsinin İkinci Qarabağ Savaşı Şəhidlərindən olan Həsənağa Şirvaninin məzarını ziyarət zamanı tanış oldum…

İkisi də çox sakit, çox sadə, çox mədəni, çox təvazökar…

Dindirməsən-dinməz, danışdırmasan-danışmazlar…o dərəcədə…

Əşrəf İkinci Vətən Müharibəsi başlayan zaman cəmi bir neçə ayın Əsgəri olub…

Və Kəlbəcər-Murovdağ istiqamətində qanlı döyüşlərdən birində çox ağır yaralınıb…

Uzun müddət müalicə-müayinə alıb, hələ də səhhətində problemlər mövcuddur…

Birinci qrup (ömürlük) müharibə, Qarabağ əlilidir…

Bir neçə medallıdır…

Hazırda subaydır…

Evin-ailənin tək oğlu, tək övladı olan Cümşüd isə əslən Neftaçalalıdır…

Amma uzun illərdir valideynləri ilə Bakıda, Sulutəpədə yaşayırlar…

1997-ci il, 4 fevral təvəllüdlüdür…

Burada-Bakıda uşaq bağçasına gedib, orta məktəbi oxuyub…

Orta təhsilini başa vurduqdan sonra Əsgərliyə, hərbi xidmətə yollanıb…

Aprel döyüşlərinin iştirakçılarından olub…

Əsgərlikdən döndükdən sonra müxtəlif sahələrdə çalışıb…

İkinci Vətən Müharibəsindən 6 gün öncə könüllü şəkildə səfərbərliyə, təlimlərə cəlb olunub…

Və İkinci Qarabağ Savaşının ilk günündən də döyüşlərdə olub…

Şərəfli və uzun döyüş yolu 37 çəkib…

Cəbrayıldan, Füzulidən, Zəngilandan Qubadlıyacan döyüş yolu keçib…

İki dəfə ağır yaralınıb…

Birinci dəfə oktyabrın 18-də başından, ikinci dəfə isə oktyabrın 25-də sol dizindən, diz oynağından …

İki dəfə yaralanmasına baxmayaraq, amma döyüşə davam edib…

Və noyabrın 2-də isə hərarəti, qızdırması yüksəldiyi, səhhəti kəskin şəkildə pisləşdiyi və şoka düşdüyü üçün xəstəxanaya-hospitala yerləşdirilib…

O da uzun müddət müalicə və müayindən keçib…

Hazırda da səhhətində problemlər özünü göstərməkdədir…

3-cü qrup (ömürlük) müharibə, Qarabağ əlilidir…

Cümşüd də subaydır…

5 medallıdır…

Allah hər ikisinin də bir daha şəfasını versin, bir daha sağlamalıqlarına qovuşdursun!

Tezliklə gözəl ailə başçısı, özləri kimi Qəhrəman, İgid övlad sahibi olsunlar!

Böyük Yaradan Yar və Yardımçıları olsun!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Cüdonun inkişafında xidmətləri olan şəxslər təltif edildi-SƏRƏNCAM – YENİLƏNİB

Read Next

Daha 26 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir