Cəmi bir neçə ayın içində hər iki oğul övladını itirən Behbudovlar ailəsi: DƏRDLİ, KƏDƏRLİ AİLƏNİN SONBEŞİYİ-6 MEDAL VƏ 1 ORDENLİ ŞƏHİD NOFƏL BEHBUDOVUN BU GÜN 21 YAŞI TAMAM OLDU, MƏZARI ZİYARƏT EDİLDİ, MƏRASİM DÜZƏNLƏNDİ – YENİLƏNİB – FOTOLAR

Bu gün Qəhrəman Goranboy rayonunun Səfikürd kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nofəl Həmid oğlu Behbudovun doğum günüdür.

Nofəl Behbudovun bu gün 21 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Nofəl Behbudov 2001-ci ilin iyun ayının 7-Goranboyun Səfikürd kəndində dünyaya gəlib.

Ailədə 3 övlad-1 bacı, 2 qardaş olublar.

Nofəl evin sonbeşiyi olub.

Böyük qardaşı Nofəlin Şəhidliyindən bir neçə ay öncə avtoqəza nəticəsində faciəli şəkildə dünyasını dəyişib.

Nofəlin bacısı Səbinə isə ailəlidir, Zəfər adlı bir oğul anasıdır.

Nofəl Behbudov orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

İkinci Vətən Müharibəsi zamanı da Azərbaycan Ordusunun Əsgəri, Xüsusi Təyinatlı (XTQ-çı) kimi döyüşlərdə iştirak edib.

Kəlbəcərdən, Cəbrayıldan, Füzilidən Xocavəndə, Xocavənddən Şuşayacan uzun və şərəfli döyüş yolu keçib.

Və Şuşa şəhəri işğaldan azad olunan gün, 8 noyabr tarixində Şuşada qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Dərdli, kədərli ailənin-Behbudovlar ailəsinin dərdinin üstünə daha bir dərd, daha bir oğul dərdi gəlib.

Cəmi bir neçə ayın içində ailə hər iki oğul övladını itirib.

Biri avtoqəzada həlak olub, biri isə Şəhidlik məqamına yüksəlib.

Nofəlin nəşi isə 4 gün sonra, 12 noyabr 2020-ci il tarixində Səfikürd qəbiristanlığındakı Şəhidlər mərazlığında dəfn olunub.

Şəhidliyindən sonra altı medal və bir ordenlə-3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Nofəl həm də subay olub.

Onu da qeyd edək ki, bacısının övladının adı Şəhidin arzusu ilə Zəfər qoyulub.

Belə ki, Şəhidin anası gecə yuxusunda Nofəli görüb və yuxuda Nofəl anasına deyib ki, bacısının övladının adını Zəfər qoysunlar.

Onlar da Şəhidin istəyinə, arzusuna uyğun olaraq, 21 noyabr 2021-ci il tarixində dünyaya gələn balaca körpəyə Zəfər adını qoyublar.

Adı ilə böyüsün, dayısının torpağı sanı yaşasın!

***

Bu gün Şəhidin Cənnətdəki ikinci ad günü, 21 yaşının tamam olması ilə bağlı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha Şəhidin ruhuna dualar edilib, bir daha ailəsinə səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki ikinci doğum günü təbrik olunub.

Ziyarət və mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri, Qazilər, Goranboy, Naftalan Bərdədən olan Şəhid ailələri, Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva və digər şəsxlər iştirak ediblər.

Məqamı Uca, Cənnətdəki ikinci ad günü, 21 yaşı mübarək olsun!

Nur içində yatsın!

18:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının Baş redaktoru

Read Previous

“Övladıma toy edəcəkdim…”-Nəşi 8 ay 10 gündən sonra dəfn olunan, ailənin 3 övladından biri, nişanlı-ŞƏHİD ƏKBƏR MƏSİMOVUN ANASI – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

Britaniya Ukraynaya-YENİ SİLAH VERƏCƏK?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir