“33 il əvvəl-bu gün həyatımın ən gözəl günü ildi…Cəmilim dünyaya göz açmışdı…Amma son 6 ildir bu gün-24 iyun həyatımın ən kədərli, ən ağrılı günüdür…”-Şəhid anası – “Qarabağ” ordenli İkinci Vətən Müharibəsi Şəhidi Cəmil Nəcəfovun Cənnətdəki altıncı doğum günündə, 33 yaşının tamamında-MƏZARI ZİYARƏT EDİLDİ, MƏCLİS DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (1)

Bakı şəhərinin Binəqədi rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən biri olan Cəmil Nəcəf oğlu Nəcəfovun Cənnətdəki altıncı doğum günü, 33 yaşının tamam olması ilə bağlı bu gün-24 iyun 2026-cı il tarixində, səhər saatlarında Binəqədi qəsəbə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

24 iyun 1993-cü il təvəllüdlü, evin-ailənin tək və subay oğlu, tək bacının tək qardaşı Cəmil Nəcəfovun məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ali-hərbi təhsilli, peşəkar hərbçi, Baş leytenant, bir neçə medal və “Qarabağ” ordenli Cəmil Nəcəfovun ruhuna dualar olunub,“Quran” oxunub.

Ziyarət zamanı Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı olan Cəmil Nəcəfovun Cənnətdəki altıncı doğum günü təbrik olunub, ailəsinə, valideynlərinə-anası Mətanət xanıma və atası Nəcəf kişiyə Allahdan səbr və dözüm arzulanıb.

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdən sonra Binəqədi rayonunda yerləşən mərasim evində Cənnətdəki altıncı doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Qısa çıxışlar edilib.

Şəhidin İgidliyi və Qəhrəmanlığından söz açılıb.

Şəhidə və Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Şəhidin anası Mətanət Nəcəfova isə özü və ailəsi adından ziyarət və məclis iştirakçılarına minnətdarlığını ifadə edib.

“33 il əvvəl-bu gün həyatımın ən gözəl günü ildi…Cəmilim dünyaya göz açmışdı…Amma son 6 ildir bu gün-24 iyun həyatımın ən kədərli, ən ağrılı günüdür…6 ildir Cəmilsizəm, 6 ildir Cəmilsiz onun doğum gününü keçirirəm…Çox ağırdır, çox çətindir…”-deyə, Şəhid anası sonra bildirib.

Məclisin sonunda xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki altıncı doğum günü ilə bağlı məclisdə ailə üzvləri, doğmaları, Şəhid ailələri, Qazilər, hərbçilər, Cəmil Nəcəfovun döyüş yoldaşları, din xadimləri, ziyalılar və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində uyusun!

13:59

***

FOTOLAR:

15:15

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ölkələrimiz arasındakı dostluq və qardaşlıq Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin edilməsində mühüm amildir…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Read Next

Bakıda sıxlıq olan yollar-SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir