“Cəmiyyətimizdə problemli ailələr də var” – Komitə sədri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qeydə alınan boşanmaların səbəblərindən danışıb. 

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri bildirib ki, bunun bir çox səbəbi var.

Ən vacib problemin qızların ailə qurmağa fiziki, psixoloji cəhətdən hazır olmadığını deyən komitə sədrinin fikrincə, bunların nəticəsində problemlər yaranır. 

H. Hüseynovanın sözlərinə görə, son dövrlər bölgələrdə qadınların sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində tədbirlər görülür:

“Müşahidələr göstərir ki, qadının iqtisadi baxımdan müstəqil və güclü olduğu ailələrdə normal mühit yaranır. Həmin qadın maddi cəhətdən ailəsinə kömək edə bilir. Belə ailələrdə sağlam düşüncəli uşaqlar böyüyürlər. Təhsilli qadın hər zaman çalışacaq ki, uşaqları təhsil alsın, irəli getsin. Təəssüf ki, bu gün cəmiyyətimizdə problemli ailələr də var, məqsədimiz onlarla işləməkdir”.

Etikxeber.az

Read Previous

“Əmək pensiyaları haqqında” qanun dəyişdiriləcək

Read Next

NATO PA-da Ermənistanın təcavüzkar siyasətinin nəticələrindən danışılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir