“Cəmiyyətimizin ümumi ictimai maraqları kontekstində ictimai vəkilliyi yaxud qınağı təhdid etmək olmaz”-HİKMƏT BABAOĞLUDAN RAMİZ MEHDİYEVƏ CAVAB

Demokratik cəmiyyətdə və hüquqi dövlətdə qanunun aliliyiin təmin edilməsi hər şeydən üstündür və vəzifəsində, statusundan asılı olmayaraq, hamı bunu belə qəbul etməlidir. Qanunu pozanların isə hüquqi qaydada cəzalandırılması ilə bərabər ictimai qınaq obyektinə çevrilməsi də normal sivil cəmiyyətlərdə adi haldır. Çünki ictimai qınaq çəkindirici vasitədir və hüququn tətbiqindən daha öncə mümkün qanun pozunularının qarşısını almaq üçün effektiv mexanizmdir.

Bunu Etikxeber.az-a özəl açıqlamasında millət vəkili Hikmət Babaoğlu akademik Ramiz Mehdiyevin son açıqlamasına, onu məhkəmə ilə hədələməsinə münasibətini bildirərkən deyib.

Qeyd edib ki, əgər bu prosesdə kimsə öz hüquqlarının təhdid edildiyini düşünürsə və yaxud ictimai qınağı hüquq pozuntusu hesab edirsə, yenə də bunu həll etmək üçün hüquqi alətlər mövcuddur və kim istəsə, onun imkanlarından istifadə edə bilər.

“Ancaq heç bir halda cəmiyyətimizin ümumi ictimai maraqları kontekstində ictimai vəkilliyi yaxud qınağı da təhdid etmək olmaz. Belə olarsa, cəmiyyətdə şəffaf və ədalətli ictimai münasibətlər sistemi yaratmaq çətin olar”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

İlham Əliyev və Mehriban Əliyeva paytaxtda növbəti AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

“Xalqımız Sizi mehribanlıq və xeyirxahlıq nümunəsi kimi tanıyır…”-ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir