Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Babək Bəxtiyar oğlu Allahverdiyevin doğum günüdür.
Babək Allahverdiyevin bu gün-30 may 2026-cı il tarixində 47 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün saat 11:00 radələrində Şəhidin Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Qısa çıxışlar edilib.
Babək Allahverdiyevin 41 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan söz açılıb, İgidliyi və Qəhrəmanlığından bəhs edilib.
Ailəsinə-anası Əsmər xanıma, övladlarına Allahdan səbr və dözüm arzulanıb.
Cənnətdəki altıncı doğum günü təbrik olunub.
Şəhidin məzarını ziyarətdən sonra ailəsinin-anası Əsmər xanımın yaşadığı evdə Cənnətdəki altıncı doğum günü ilə bağlı adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.
Şəhidin dayısı, iş adamı Məhəmməd müəllim Şəhidlərə həsr etdiyi şeirini səsləndirib.
Xatirə fotoları çəkdirilib.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki altıncı doğum günü ilə bağlı adına açılan ehsan süfrəsində ailə üzvləri, Şəhid ailələri, Qazilər, Abşeron rayon İcra Hakimiyyətinin məsil şəxsləri, ziyalılar, din xadimləri və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, əslən Dərələyəzli olan Babək Allahverdiyev 1979-cu ilin 30 may tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndində dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri idi.
Bacısı və qardaşı ailəlidir.
Ali-hərbi təhsilli, peşəkar hərbçi olub.
Baş leytenat hərbi rütbəsini daşıyıb.
İkinci Vətən Müharibəsi zamanı noyabr ayının 4-də qəhrəmancasına Şəhid olub və nəşi ayın 5-də Hərbi Memorial Məzarlıqda Əbədiyyət uğurlanıb.
Şəhidliyindən sonra medallarla və “Azərbaycan Bayrağı” orden ilə təltif olunub.
O, həm də ailəli, iki övlad-iki oğul atası olub.
***
Bu gün həm də Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Adil Namiq oğlu Hüseynovun Cənnətdəki altıncı doğum günü, mövlududur.
Adil Hüseynovun bu gün 31 yaşı tamam olur.
Qeyd edək ki, Adil Hüseynov 1995-ci ilin 30 may tarixində Bərdə rayonunun Körpüqıran kəndində sadə bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri olub…
Orta məktəbi bitirdikdən, Əsgərliyini başa vurduqdan sonra Bərdə rayon Gigiyena və Epidemiologiya Mərkəzi işləməyə başlayıb…
2020-ci ilin 21 sentyabr tarixində hərbi səfərbərliyə cəlb olunub və 6 gün sonra İkinci Vətən Müharibəsinə qatılıb…
Şərəfli döyüş yolu 21 gün çəkib…
Tərtər-Ağdərə-Suqovuşan istiqamətlərində döyüşüb və oktyabr ayının 17-də Suqovuşanda qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi oktyabrın 21-də Körpüqıran kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Adil həm də Körpüqıranın yeganə İkinci Vətən Müharibəsi Şəhidi olub…
Şəhidliyindən sonra 3 medalla təltif olunub…
Adil həm də subay idi…
Şəhidliyindən sonra həm bacısının, həm də qardaşının övladına Onun adı verilib…
Onu da qeyd edək ki, Adilin tək və ailəli qardaşı Natiq Hüseynov ötən ilin avqustunda faciəli şəkildə dünyasını dəyişib.
Hüseynovlar ailəsi oğullarsız qalıb…

Məkanlarıı cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
12:45
***
FOTOLAR:









15:15
***







15:45
***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




