“Heç kimə əziyyət verməyi xoşlamazdı…Hər işin öhdəsindən özü gəlməyi xoşlayırdı, sevirdi…Hər işin dalınca özü gedirdi…”-Şəhid anası Məlahət Məmmədova – Cənnətdəki altıncı doğum günü, 31 yaşı tamam olan-LƏNKƏRANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN MƏMMƏDLİNİN MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (2)

Lənkəranlı, Göyşabanlı İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elməddin Məmmədlinin doğum günüdür.

26 aprel 1995-ci il təvəllüdlü, ailənin üç oğlan övladından biri, evin böyük oğlu və subay olan Elməddin Məmmədlinin bu gün 31 yaşı tamam olur.

Dörd medallı Elməddin Məmmədlinin bu gün həm də Cənnətdəki altıncı doğum günü doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, 31 yaşının tamam olması, Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün Şəhidin uyuduğu Göyşaban kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.

Cənnətdəki altıncı doğum günü təbrik edilib, ailəsinə, valideynlərinə-anası Məlahət xanıma, atası Ələddin Məmmədova, eləcə də hər iki qardaşına Allahdan səbr və dözüm arzulanıb.

Daha sonra Şəhidin Cənnətdəki altıncı doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib, xatirə fotoları çəkdirilib.

Anası Məlahət xanımın dediklərindən:

“Elməddin çox çevik, çox zirək, çox qocaq, çox zəhmətkeş, həm də çox tərbiyəli, çox mehriban uşaq idi…Heç kimə əziyyət verməyi xoşlamazdı…Hər işin öhdəsindən özü gəlməyi xoşlayırdı, sevirdi…Hər işin dalınca özü gedirdi…Bir dəqiqə bir yerdə dayanmırdı, elə nəsə etməyə çalışırdı…Bir dəfə olsun belə onun dilindən pis söz çıxmadı, eşitmədik…Qardaşları ilə zarafatlaşanda belə ədəb-ərkanı gözləyərdi…Qırmızı salfetkaları çox xoşlayırdı…Özü də alıb gətirirdi…Bayramlarda stolun üstündə mütləq qırmızı salfetkalar olmasını istəyirdi…Hərdən bizə kimsə gələndə və qırmızı salfetkaları görəndə deyirdi ki, sizdə ad günüdür?…Biz də deyirdik ki, yox, sadəcə, bayram süfrəsidir, Elməddin belə xoşlayır…Nə deyim…başqa bir oğul idi…”

Qeyd edək ki, Şəhidin Cənnətdəki altıncı doğum günü ilə bağlı məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, Lənkəranlı, Bərdəli Şəhid ailələri, din xadimləri və digərləri iştirak ediblər.

Onu da qeyd edək ki, 2020-ci ilin 27 sentyabr tarixində döyüşlərə atılan Elməddin Məmmədli oktyabrın 24-də Qubadlı rayonu istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb və nəşi 26 oktyabr tarixində Əbədiyyətə uğurlanıb.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:40

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək…”-Əliyevlə Zelenski təkbətək və geniş tərkibdə görüşdü, mətbuata bəyanatla çıxış etdilər-QƏBƏLƏDƏ – FOTOLAR – YENİLƏNİB – (8)

Read Next

“Bu vaxtlar yanımda olardı…Bir dəqiqə olsun belə məni tək buraxmazdı…”-28 APREL 2026-CI İL TARİXİNDƏ CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜ OLAN ŞƏHİD ELMƏDDİN YUSİFOVUN ATASI-QAZİ MAHİR YUSİFOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir