“Balaların hər gün səni məndən soruşur…Onlara cavab verə bilmirəm…”-Cənnətdəki altıncı doğum günü, 32 yaşı tamam olan-MİNGƏÇEVİRLİ ŞƏHİD QARDAŞLARDAN TURAL HƏSƏNOVUN BU GÜN MƏZARI ZİYARƏT EDİLDİ, ADINA EHSAN VERİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan biri olan Tural Tapdıq oğlu Həsənovun doğum günüdür.

Bu gün-16 iyul 2026-cı il tarixində Tural Həsənovun 32 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, ata tərəfdən Ağdamlı, ana tərəfdən Goranboylu olan Tural Həsənov 1994-cü ilin iyul ayının 16-da Mingəçevir şəhərində, sadə bir ailədə-Həsənovlar ailəsində dünyaya gəlib.

Tural Həsənov Nəhayət Tapdıq Həsənovların iki oğlan övladından biri idi.

Ataları Tapdıq Həsənov ötən ilin-2023-cü ilin yayında dünyasını dəyişib.

2000-2011-ci illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra həqiqi hərbi xidmətə yollanıb, 2012-2014-cü illərdə Vətənin keşiyində dayanıb və Əsgərliyini başa vuraraq, yenidən evinə-ailəsinə qayıdıb.

O, texnikum (kollec) təhsilli olub və İkinci Vətən Müharibəsinə qədər müxtəlif sahələrdə çalışıb.

Həm özü, həm də qardaşı İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunaraq, müharibəyə, döyüşlərə qatılıblar.

İkinci Vətən Müharibəsinin ilk günlərində Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə Şəhidlik məqamına ucalan Tural Həsənovun nəşi 68 gündən sonra tapılıb və ailəsinə təhvil verilib.

Və bir gün sonra, 9 dekabr 2020-ci il tarixində Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Tural ailəli, iki övlad, iki oğul atası olub.

Hüseyn  Tapdıq adlı iki oğlan övladı ailıəsinə, Vətəninə əmanət qalıb.

Qardaşı Musa Həsənovun nəşi isə 35 gündən sonra, 2020-ci ilin noyabrın 5-də torpağa tapşırılıb.

Musa Həsənov da ailəli, iki qız atası olub və Şəhidliyindən bir neçə ay sonra qızı-balaca İnci xəstəlikdən vəfat edib.

Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivində Şəhid qardaşların adını daşıyan küçə var.

13:00

***

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Mingəçevir Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə, doğmalarına, anası Nəhayət Həsənovaya Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki altıncı doğum günü təbrik olunub.

Şəhid(lər) anası Nəhayət Həsənovanın göz yaşları içində dediklərindən:

“Tural, sənə də, qardaşına da çox ehtiyacım var…Oğul da anasını “dam”ın altında tək, kimsəsiz qoyub gedərmi?…İkiniz də niyə məni bu dünyada tək qoyub getdiniz?…Balaların hər gün səni soruşur…Onlara nə cavab verim, nə deyim?…Onlara heç nə deyə, heç bir cavab verə bilmirəm…”

Şəhidin məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə ehsan süfrəsi təşkil olunub.

Bir daha ruhuna dualar edilib, xatirə fotoları çəkdirilib.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü, 32 yaşı mübarək olsun!

Nur içində yatsın!

14:01

***

FOTOLAR:

15:05

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ölkəmiz paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Read Next

İlham Əliyev dörd ölkənin səfirinin-ETİMADNAMƏSİNİ QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir