Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əli Turan oğlu Məmmədzadənin doğum günüdür.
Əli Məmmədzadənin bu gün-15 fevral 2026-cı il tarixində 24 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Əli Məmmədzadə 2002-ci ilin fevralın 15-də Bərdənin Mirzalıbəyli kəndində-sadə bir ailədə dünyaya gəlib.
Ailənin iki övladından, iki qardaşdan biri olub.
Tək qardaşı Sadiq hazırda subaydır.
O, 5-ci sinfə qədər Bərdədə təhsil alıb.
Sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb.
Ziğ qəsəbəsindəki 63 nömrəli tam orta məktəbin şagirdi olub.
Eyni anda həm məktəbi oxuyub, həm də idmana gedib.
İkinci Vətən Müharibəsindən bir müddət öncə isə hərbi xidmətə çağırılıb və müharibədə də Azərbaycan Ordusunun Əsgəri-Xüsusi Təyinatlı kimi iştirak edib.
Döyüş yolu da uzun olub.
Sentyabrın 27-dən noyabrın 7-nə, İkinci Vətən Müharibəsinin başa çatmasına 3 gün qalmışacan döyüşlərdə iştirak edib.
Noyabrın 7-də, Şuşa uğrunda döyüşlərdə ağır yaralınıb və cəmi bir neçə gündən sonra Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 13 gün sonra-noyabrın 20-də Mirzalıbəyli kənd qəbiristanlığında dəfn edilib.
Əli Məmmədzadə Mizalıbəyli kəndinin 4 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Şəhidliyindən sonra bir neçə medal və ordenlə təltif olunub.
Adını daşıyan küçə var.
Əli həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





