“Niyə məni tək qoyub getdin?…”-Cənnətdəki altıncı doğum günündə, 24 yaşının tamamında məzarı ziyarət olunan-GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, TƏK ÖVLAD MƏHƏMMƏD ƏŞRƏFOV… – FOTOLAR – YENİLƏNİB – (1)

Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Məhəmməd Yusif oğlu Əşrəfovun doğum günüdür.

Bu gün-9 aprel 2026-cı il tarixində Məhəmməd Əşrəfovun 24 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin valideynləri, doğmaları, Goranboylu bəzi Şəhid ailələri, din xadimləri, müəllim və şagirlər tərəfindən Məhəmməd Əşrəfovun Veyisli kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.

Cənnətdəki altıncı doğum günü təbrik olunub, ailəsinə, valideynləri-anası Xoşbəxt xanıma və atası Yusif Əşrəfova Allahdan səbr və dözüm arzulanıb.

Məhəmməd Əşrəfov da daxil olmaqla, cəmi Şəhidlərimizlə Fəxr edildiyi, Qürur duyulduğu bildirilib.

Məzarını ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə Cənnətdəki altıncı doğum günü ilə bağlı məclis təşkil olunub, adına ehsan verilib, bir daha ruhuna dualar olunub.

Etikxeber.az-ın xəbərinə görə, Xoşbəxt və Yusif Əşrəfovların tək oğlu, tək övladı olan Məhəmməd Əşrəfov 2002-ci ilin 9 aprel tarxində Goranboy rayonunun Veyisli kəndində dünyaya gəlib.

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun-6 ayın Əsgəri kimi iştirak edib.

İkinci Qarabağ Savaşı zamanı-oktyabr ayında Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi günlər sonra, oktyabr ayının 30-da Veyisli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Məhəmməd Veyislinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biri olub.

O, həm də subay idi.

Veyisli kəndində adını daşıyan küçə var.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

12:25

***

FOTOLAR:

13:05

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şimşək çaxacaq, dolu düşəcək, bəzi dağlıq ərazilərdə qar yağacaq-SABAH

Read Next

Cənnətdəki altıncı doğum günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI KAMİL ŞİRİNOV VƏ TƏK OĞUL ƏYYUB SÜLEYMANOV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir