Cənnətdəki altıncı doğum günündə, 29 yaşının tamamında-SƏBAİLLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏLİ TAĞIYEVİN MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN VERİLDİ – BU GÜN HƏM DƏ ŞƏHİDİN ATASI VƏ ƏKİZ QARDAŞININ DOĞUM GÜNLƏRİDİR… – FOTOLAR – YENİLƏNİB

Əslən İmişlili, özü isə Bakılı, Səbailli, ailənin üç oğlan övladından, əkiz qardaşlardan biri olan İkinci Vətən Müharibəsi Şəhidi Əli Aydın oğlu Tağıyevin Cənnətdəki altıncı doğum günü, 29 yaşının tamam olması ilə bağlı bu gün-7 avqust 2026-cı il tarixində Badamdar qəbirsitanlığında yerlşən Şəhidlər məzarlığındakı məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Cənnətdəki altıncı doğum günü, 29 yaşı təbrik edilib, ailəsinə-anası Təranə xanıma və qardaşlarına Allahdan səbr və dözüm arzulanıb.

Məzarını ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə adına ehsan verilib, bir daha ruhuna dualar olunub, xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdə və adına verilən ehsan süfrəsində ailə üzvləri, doğmaları, Şəhid ailələri və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu gün həm də Şəhidin əkiz qardaşı Məhəmmədin və ötən il dünyasını dəyişmiş atası-mərhum Aydın Tağıyevin doğum günləridir.

13:39

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Pakistandakı səfirimiz Malayziyaya, Malayziyadakı səfirimiz Pakistana göndərildi-SƏRƏNCAMLAR – YENİLƏNİB – (1)

Read Next

Eyni ayda, eyni gündə dünyaya gəldilər, eyni ayda da Şəhid oldular…Yeznə-qayın Şəhidlər, Əfsanəvi Xüsusi Təyinatlılar-ŞAMAXILI NAİQ ƏLƏKBƏROV VƏ AĞSULU İLKİN ZÜLFÜQAROV…BU GÜN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNLƏRİ, MÖVLUDLARIDIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir