Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cənnətdəki altıncı doğum günü, 46 yaşının tamam olması ilə bağlı bu gün-18 iyul 2026-cı il tarixində, səhər saatlarında Bakı şəhərindən olan İkinci Vətən Müharibəsi Şəhidi Fərid Tahir oğlu Ələkbərovun Hərbi Memorial Məzarlıqda yerləşən məzarı ziyarət olunub.
Ziyarət zamanı 18 iyul 1980-cı il təvəllüdülü, ailənin iki oğlan övladından biri, ali-hərbi təhsilli, peşəkar hərbçi, Mayor Fərid Ələkbərovun məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
İkinci Vətən Müharibəsi zamanı uzun və şərəfli döyüş yolu keçən, 9 noyabr 2020-ci il tarixində Şuşada qəhrəmancasına Şəhid olan və nəşi Hərbi Memorial Məzarlıqda (İkinci Şəhidlər Xiyabanında) Əbədiyyətə uğurlanan Şəhidin ruhuna dualar edilib, “Quran” oxunub.
İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra xeyli sayda medallarla və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən Şəhidin anası Şüküfə xanıma, ailəsinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb, Fərid Ələkbərovun Cənnətdəki altıncı doğum günü təbrik olunub.
Etikxeber.az xəbər verir ki, tək övladı-tək oğlu Vətənə əmanət qalan Şəhidin məzarını ziyarətdən sonra Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Cənnətdəki altıncı doğum günü ilə bağlı məclis təşkil edilib, adına çay-ehsan süfrəsi açılıb.
Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, bir daha Şəhidin ruhuna dualar olunub, xatirə fotoları çəkdirilib.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





