Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidləri-Qəbələli Elməddin Məhəmməd oğlu Mustafayev və Ağdaşlı Cəlaləddin Elxan oğlu Fərhadovun doğum günləridir.
Bu gün-1 may 2025-ci il tarixində hər iki Şəhidin 24 yaşı tamam olur.
Bu, həm də hər iki Şəhidin Cənnətdəki beşinci doğum günləri, mövludlarıdır.
Etikxeber.az-ın xəbərinə görə, Cənnətdəki beşinci doğum günləri ilə bağlı bu gün hər iki Şəhidin Qəbələ və Ağdaşdakı məzarları ziyarət olunub.
Məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar olunub, “Quran” oxunub.
Sonra hər iki Şəhidin ailəsinin yaşadığı evdə adlarına ehsan süfrələri açılıb.
Ailələrinə Allahdan səbr və dözüm arzulanıb, hər iki Şəhidin Cənnətdəki beşinci doğum günləri təbrik olunub, bir daha ruhlarına dualar edilib.
Qeyd edək ki, hər iki Şəhidin məzarını ziyarətdə və adlarına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, Qəbələli, Ağdaşlı, Bərdəli və digər bölgələrdən olan Şəhid ailələri iştirak ediblər.
15:13
***
FOTOLAR:



16:17
***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az