Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan biri olan Əli İlqar oğlu Əhmədovun Cənnətdəki beşinci doğum günündə, 32 yaşının tamamında-5 yanvar 2025-ci il tarixində Əbədiyyətə uğurlandığı Mingəçevir Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Etikxeber.az xəbər verir ki, 1993-cü il 1 yanvar təvəllüdlü Şəhidin məzarını ziyarətdən sonra “Günəşli” yaşayış massivində-anası Sevinc Əhmədovanın yaşadığı evdə Cənnətdəki beşinci doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar edilib.
Anası Sevinc Əhmədovaya Allahdan səbr və dözüm arzulanıb.
Cənnətdəki beşinci doğum günü təbrik olunub.
Sonda adına hazırlanmış tort kəsilib, xatirə fotoları çəkdirilib.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki beşinci doğum günü ilə bağlı məclisdə anası, yaxınları, Mingəçevir və Bərdəli Şəhid ailələri, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.
***
FOTOLAR:
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az