Cənnətdəki beşinci doğum günündə, 24 yaşının tamamında-ŞƏHİD ŞAHADƏT ÜSÜFOVUN MƏZARI ZİYARƏT OLUNDU, ÇIXIŞLAR EDİLDİ, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Şamaxı rayonunun İkinci Vətən Müharibəsi Şəhidi- Xüsusi Təyinatlı, MAXE Şahadət Qalib oğlu Üsüfovun Cənnətdəki beşinci doğum günündə, 24 yaşının tamamında, 13 dekabr 2024-cü il tarixində-səhər saatlarında Göylər kənd (Dağ Göylər) qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.

Məzarı başında çıxışlar edilib, Şəhidin 20 illik qısa, lakin şərəfli ömür və döyüş yolundan danışılıb.

Cənnətdəki beşinci doğum günü təbrik olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib.

Eyni zamanda, “Odlar yurdu” qrupu və iş adamı Mübariz Mənsimovun adından Şəhidin ailəsinə “Xarıbülbül” simvolu təqdim olunub.

Simvolu Şəhidin ailəsinə “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov və Şəhid anası Nəzimə Orucova təqdim edib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki beşinci doğum günü ilə bağlı məclisdə ailə üzvləri, yaxınları, Şamaxılı Şəhid ailələri, din xadimləri, yerli ziyalılar, məktəblilər və digər şəxslər iştirak ediblər.

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Külək güclənəcək-XƏBƏRDARLIQ

Read Next

Əliyev Gürcüstanın yeni seçilmiş Prezidentini-TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir