Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İmişli rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əsəd Fərhad oğlu Həsənovun doğum günüdür.
Əsəd Həsənovun sabah-16 aprel tarixində 37 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.
Cənnətdəki beşinci doğum günü ilə bağlı sabah 10:30 radələrində Əsəd Həsənovun Şəhid olduğu kənddə-Ağdam rayonunun Mirəşelli kəndində abidəsinin açılış mərasimi olacaq.
Mərasimdən sonra isə Cənnətdəki beşinci doğum günü ilə bağlı adına ehsan süfrəsi təşkil olunacaq.
Açılış mərasimində və ehsan süfrəsində Şəhidin ailə üzvləri, Ağdamlı, İmişlili və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri və digər şəxslər iştirak edəcəklər.
Etikxeber.az xəbər verir ki, Əsəd Həsənov 1988-ci ilin aprelin 16-da İmişli rayonunun Şahverdili kəndində dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
Ali-hərbi təhsilli, peşəkar hərbçi idi.
Hərbi xidmət dövründə Kapitan rütbəsinəcən yüksəlib.
Qərargah rəisi işləyib.
İkinci Vətən Müharibəsinin 5-ci günündə, oktyabrın 1-də isə Ağdam rayonunun Mirəşelli kəndi istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi doğulub boya-başa çatdığı Şahverdili kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
O, həm də Şahverdili kəndinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Əsəd, eyni zamanda, ailəli-iki övlad atası olub.
Qızına anasının adını-Mələk adını verib, oğluna isə Hüseyn adını qoyub.
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az