Cənnətdəki beşinci doğum günündə İmişlili Şəhid Əsəd Həsənovun Şəhadətə ucaldığı Mirəşelli kəndində-ABİDƏSİNİN AÇILIŞI OLDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Əslən İmişli rayonunun Şahverdili kəndindən olan evin-ailənin tək oğlu, iki övlad atası, ali-hərbi təhsilli, Qərargah rəisi, Kapitan, İkinci Vətən Müharibəsi Şəhidi Əsəd Fərhad oğlu Həsənovun Cənnətdəki beşinci doğum günündə, 37 yaşının tamamında-16 aprel 2025-ci il tarixində Şəhadətə ucaldığı Ağdam rayonunun Mirəşelli kəndində ailəsi təfədindən xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olub.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəhidin, onunla birlikdə eyni istiqamətdə-eyni səngərdə Şəhid olmuş İlqar Hüseynovun, Nurlan Ağakişiyevin, Orxan Mönsümzadənin və cəmi Şəhidlərin ruhuna dualar edilib.

Şəhidin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb.

Məktəblilər tərəfindən Vətənə Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Çıxışlar edilib.

Çıxışlarda Şəhidin 32 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan danışılıb.

Əsəd Həsənovun peşəkar hərbçi olmasından, Vətən naminə fədakarlığından bəhs olunub.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki beşinci doğum günü, 37 yaşı təbrik olunub.

Etikxeber.az xəbər verir ki, yağışlı havada təxminən 1 saat yarım davam edən açılış mərasimindən sonra Cənnətdəki beşinci doğum günü ilə bağlı Xindırıstan kənd məscidində mərasim düzənlənib.

Bir daha ruhuna dualar edilib, “Quran” oxunub.

Sonda adına ehsan süfrəsi açılıb, xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, Şəhidin abidəsinin açılış mərasimində və Cənnətdəki beşinci doğum günü ilə bağlı təşkil edilmiş məclisdə ailə üzvləri, Bakı və Sumqayıt şəhərlərindən, Ağdam, Bərdə, İmişli, Abşeron rayonlarından və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, İmişli və Ağdam rayon İcra hakimiyyətlərinin məsul şəxsləri, din xadimləri, ziyalılar və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!

Nur içində uyusun!

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsində iki oğlu ilə döyüşmüş-AĞDAMLI ŞƏHİD MÜŞVİQ ABBASOVUN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, İGİDLİYİ VƏ QƏHRƏMANLIĞINDAN SÖZ AÇILDI – FOTOLAR – YENİLƏNİB

Read Next

Bu yollarda yenə sıxlıq və tıxacdır-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir