Cənnətdəki beşinci doğum günündə-ŞƏHİD ELMƏDDİN YUSİFOVUN MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS TƏŞKİL EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elməddin Mahir oğlu Yusifovun doğum günüdür.

Elməddin Yusifovun bu gün-28 aprel 2025-ci il tarixində 30 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Mirzalıbəyli kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb.

Etikxeber.az-ın xəbərinə görə, ziyarət zamanı Şəhidin ruhuna dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Ailəsinə-valideynlərinə, anası Nigar xanıma və atası Mahir Yusifova Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki beşinci doğum günü təbrik olunub.

Məktəblilər tərəfindən Vətənə və Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra isə Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki beşinci doğüm günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib, xatirə fotoları çəkdirilib.

13:34

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bakıda arabir yağış yağacaq, bəzi rayonlarda leysan olacaq-SABAH

Read Next

“Beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik…”-Pezeşkianın Azərbaycana səfəri başladı, qarşılanma mərasimi oldu-AZƏRBAYCAN VƏ İRAN LİDERLƏRİNİN MƏHDUD VƏ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ KEÇİRİLDİ, SƏNƏDLƏR İMZALANDI, BƏYANATLAR VERİLDİ – FOTOLAR – YENİLƏNİB – (9)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir