Cənnətdəki dördüncü doğum günləri olan Goranboy Şəhidləri-ƏLÖVSƏT MƏMMƏDOVUN 36, ELMAN HƏSƏNOVUN İSƏ 31 YAŞI TAMAM OLUR…

Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Mayor Əlövsət Əli oğlu Məmmədov və MAXE Elman Mehman oğlu Həsənovun bu gün doğum günüdür.

Əlövsət Məmmədovun 36, Elman Həsənovun 31 yaşı tamam olur və bu, həm də hər iki Şəhidin Cənnətdəki dördüncü doğum günüdür.

Etikxeber.az-ın xəbərinə görə, Əlövsət Məmmədov Goranboy rayonunun Muzdurlar kəndində, 1988-ci ilin 28 fevral tarixində dünyaya gəlib.

Ailənin üç övladından-iki qardaşdan biri idi.

O, ali təhsilli-peşəkar hərbçi olub.

Mayor hərbi rütbəsini daşıyıb.

Aprel döyüşlərinin də iştirakçısı olan Əlövsət Məmmədov İkinci Vətən Müharibəsi zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb və nəşi 2020-ci ilin noyabr ayının 9-da doğulub boya-başa çatdlğı Muzdurlar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Həm Şəhidliyindən əvvəl, həm də Şəhidliyindən sonra bir neçə medal və ordenlə təltif olunub.

O, həm də ailəli olub, Rahinə adlı qızla evlənib.

Üç övladı Vətənə əmanət qalıb.

Elman Həsənov isə 1993-cü ilin fevral ayının 28-də Qızılhacılı qəsəbəsində sadə bir ailədə anadan olub.

Ailədə iki övlad-bir bacı, bir qardaş olublar.

Analarını illər öncə vaxtsız itiriblər.

2014-2017-ci illərdə MAXE kimi Orduda qulluq edən Elman Həsənov 2020-ci ildə yenidən, İkinci Vətən Müharibəsindən bir müddət öncə Orduya qayıdıb.

O, İkinci Vətən Müharibəsinin elə ilk günündə, ağır döyüşlərin elə ilk saatlarında, təxminən 11-12 radələrində çox ağır şəkildə yaralanıb və yolda dünyasını dəyişib, Şəhid olub.

Sentyabrın 27-də və 27 yaşında Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, sentyabrın 28-də torpağa tapşırılıb, Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Elman da ailəli, iki övlad, iki oğlan atası olub.

Elmanın ana tərəfdən qohumu Vüsal Nağıyev də İkinci Vətən Müharibəsi Şəhididir.

Hər ikisinin də məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bu, Azərbaycan xalqına qarşı terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək cəhdidir”-XİN

Read Next

Bu yollarda sıxlıq və tıxac var-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir