Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tərtər rayonunun Hacıqərvənd kəndinin İkinci Vətən Müharibəsi Şəhidi-ailənin iki oğlan övladından biri, subay, peşəkar hərbçi, Gizir, üç medallı Rəşad Hafis oğlu Mirzəlinin Cənnətdəki dördüncü doğum günü, 29 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Hacıqərvənd kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Etikxeber.az xəbər verir ki, 1995-ci ilin 26 may tarixində dünyaya gələn və 2020-ci ilin 2 oktyabr tarixində Əbədiyyətə uğurlanan Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.
Ruhuna dualar olunub, “Quran” oxunub, məzarı başında qısa çıxışlar edilib.
Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.
Məzarını ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə məclis düzənlənib, adına ehsan süfrəsi təşkil olunub, bir daha ruhuna dualar edilib.
Talış kənd tam orta məktəbinin şagirdləri tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.
Bu zaman kövrək, təsirli anlar yaşanıb, məclis iştirakçıları, Şəhid ailələri göz yaşlarını saxlaya bilməyiblər.
Eyni zamanda, Şəhidlə bağlı hazırlanmış video-çarx nümayiş etdirilib.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclisdə ailə üzvləri, Tərtər, Biləsuvar və Kürdəmirdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, müəllimlər və məktəblilər iştirak ediblər.
12:55
***
FOTOLAR:












15:55
***









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





