Cənnətdəki dördüncü doğum günü olan Bərdəli İkinci Qarabağ Savaşı Şəhidi Baxış İlqar oğlu Rəhimli-SABAH ŞƏHİDİN 28 YAŞI TAMAM OLUR…

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Baxış İlqar oğlu Rəhimlinin sabah-19 fevral 2024-cü il tarixində doğum günüdür.

Baxış Rəhimlinin sabah 28 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı sabah Şəhidin Bala Qacar kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar olunacaq, “Quran” oxunacaq.

Sonra ailəsinin yaşadığı evdə mərasim düzənlənəcək, adına ehsan süfrəsi açılacaq, ruhuna bir daha dualar olunacaq.

Etikxeber.az xəbər verir ki, Baxış Rəhimli 1996-cı ilin fevral ayının 19-da Bərdə rayonunun Bala Qacar kəndində dünyaya gəlib.

Ailənin iki övladından, iki qardaşdan biri olub.

Ali təhsilli qardaşı hazırda ailəli, bir övlad atasıdır.

Orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra qardaş Türkiyənin Kastamonu İqtisad Universitetində oxuyub, ali təhsilə yiyələnib.

Ali təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə və Əsgərliyinin başa çatmasına cəmi 4 gün qalmış İkinci Vətən Müharibəsi başlayıb.

Azərbaycan Ordusunun Əsgər kimi müharibəyə qatılıb, uzun və şərəfli döyüş yolu düz 43 gün çəkib.

Füzulidən Şuşayacan döyüş yolu keçib.

Axırıncı dəfə qardaşı ilə noyabrın 7-də, atası ilə noyabrın 9-da danışıb.

Və elə həmin gün-noyabrın 9-da, Şuşa şəhəri azad edildikdən bir gün sonra, Qələbəyə cəmi saatlar qalmış Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi noyabrın 10-da Bərdənin Bala Qacar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra ölkə Prezidenti tərəfindən 4 medal-“Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Baxış həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 28 yaşı mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Allah ailəsinə, əzizlərinə səbr və dözüm versin!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əliyev Blinken və Şevçoviclə-GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB

Read Next

“Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi fəaliyyətsiz strukturlar artıq ləğv edilməlidir”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir