Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin (həm də Cəbrayıl rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Emin Tahir oğlu İsmayılovun doğum günüdür.
Emin İsmayılovun bu gün 23 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Bu gün səhər saatlarında Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı İkinci Fəxri Xiyabanda məzarı ziyarət olunub.
Məzarı üzərinə əklil qoyulub, gül dəstələri düzülüb, “Quran” oxunub.
Ruhuna dualar edilib, məzarı başında qısa çıxışlar olunub, məktəblilər tərəfindən şeirlər səsləndirilib.
Məzarını ziyarətdən sonra Cənnətdəki dördüncü doğum günü ilə bağlı “Plove” restoranında mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.
Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Bir daha ruhuna dualar oxunub, bir daha çıxışlar olunub.
Şəhidin 19 illik qısa, lakin şərəfli ömür və döyüş yolundan bəhs olunub, əzizlərinə, anası Məlahət İsmayılovaya Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik edilib.
Eyni zamanda, Vətənə, Şəhid Emin İsmayılova, Şəhidlərə həsr olunmuş olunmuş şeir və mahnılar səsləndirilib.




Tanınmış bəstəkar və ifaçı, hər zaman Şəhid ailələrinin yanında olan Ruslan Səfəroğlunun, Xalq artisti Gülyanaq Məmmədovanın, Şəhid xanımı və Şəhid bacısı, Əməkdar artist Gülüstan Əliyevanın, xanəndə Babək Şuşalının gözəl ifaları məclis iştirakçılarını kövrəldib, duyğulandırıb, təsirləndirib.
Məclis iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.
Məclisin sonunda Emin İsmayılovun Cənnətdəki dördüncü doğum günü ilə bağlı hazırlanmış tortlar kəsilib.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı mərasimdə anası Məlahət İsmayılova daxil olmaqla, doğmaları, Nəsimi və Cəbrayıl rayonlarının icra hakimiyyətlərinin rəhbər və məsul şəxsləri, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, ziyalılar, sənətçilər və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, əslən Cəbrayıllı olan Emin İsmayılov 2001-ci ilin mayın 21-də Bakı şəhərinin Nəsimi rayonunda dünyaya gəlib..
Evin tək övladı, tək oğlu olub.
Anası Məlahət xanım tərəfindən təkbaşına böyüdülüb.
2007-2018-ci illərdə orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən, 18 yaşının tamamından sonra-2019-cu ildə Vətənin keşiyinə yollanıb, Goranboy istiqamətindəki hərbi hissələlərdən birində hərbi qulluğa başlayıb.
İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.
Sonuncu dəfə isə anası Məlahət xanımla sentyabrın 30-da danışıb.
Oktyabrın 6-da isə Kəlbəcər istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşini bir ay 21 gün sonra-noyabr ayının 27-də əldə etmək mümükün olub və İkinci Fəxri Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Anası Məlahət İsmayılova isə övladının eyni zamanda, ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
19 yaşında Şəhidlik məqamına ucalan Emin həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 23 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!

13:43
***
FOTOLAR:











***












***










***













***






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





