Cənnətdəki dördüncü doğum günündə, 24 yaşının tamamında-YARDIMLILI, XÜSUSİ TƏYİNATLI VƏ ANASI İLƏ EYNİ GÜNDƏ DÜNYAYA GƏLƏN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ZAHİD ZAİRLİNİN MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS TƏŞKİL EDİLDİ, İGİDLİYİ VƏ QƏHRƏMANLIĞINDAN BƏHS OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (2)

Yardımlı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-ailənin 6 övladından, üç qardaşdan biri, subay, kollec (texnikum) təhsilli, Xüsusi Təyinatlı Qüvvələrin Əsgəri (XTQ), bir neçə medal və 3-cü dərəcəli “Rəşadət” ordenli, Zahid Azad oğlu Zairlinin Cənnətdəki dördüncü doğum günü, 24 yaşının tamam olması ilə bağlı bu gün Dəlləkli kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, 10 may 2000-ci il təvəllüdlü olan və 2020-ci ilin 8 oktyabr tarixində Əbədiyyətə uğurlanan Zahid Zairlinin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.

Eyni zamanda, ata ocağında Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib.

Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, Şəhid Zahid Zairli ilə bağlı bağlı videoçarx nümayiş etdirilib.

Həmçinin, çıxışlar olunub, məktəblilələr və bəzi qonaqlar tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Kövrək, təsirli, duyğulu anlar yaşanıb, məclis iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər

Şəhidin valideynləri – anası-övladı ilə eyni gündə dünyaya gələn, bu gün 59 yaşı tamam olan Rübabə xanım və atası Azad kişi belə bir gündə onları tək buraxmadıqları, onlara mənəvi dəstək olduqları üçün hər kəsə, məclis iştirakçılarına öz minnətdarlıqlarını ifadə ediblər.

Bununla yanaşı, övladları ilə daim Fəxr etdiklərini, Qürur duyduqlarını, İftixar hissi keçirdiklərini bildiriblər.

Qeyd ediblər ki, Zahid Zairli kimi bir Qəhrəman, İgid, Vətən sevdalısı övladın valideynləri olmaqdan Qürur hiss keçirirlər.

Məclisin sonunda Şəhidin 24 yaşı ilə bağlı hazırlanmış tort kəsilib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclisdə-ehsan süfrəsində ailə üzvləri, Yardımlı, Lənkəran, Lerik Astaradan olan Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, yerli ziyalılar, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

14:18

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik…”-İLHAM ƏLİYEV – FOTOLAR

Read Next

İlham Əliyevlə Mehriban Əliyev Şuşa, Laçın və Füzulidə-BİR SIRA AÇILIŞ VƏ TƏMƏLATMA MƏRASİMLƏRİNDƏ… – FOTOLAR – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir