Cənnətdəki dördüncü doğum günündə, 28 yaşının tamamında-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ KƏNAN ƏLƏKBƏRLİNİN MƏZARI ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən-evin üç övladından biri, ailənin tək və nişanlı oğlu, iki bacının tək qardaşı, əmisi Birinci Qarabağ, sinif yoldaşı və dostu İkinci Qarabağ Savaşı Şəhidi olan Kənan Müşfiq oğlu Ələkbərlinin Cənnətdəki dördüncü doğum günü, 28 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, 15 may 1996-cı il təvəllüdlü olan və 2020-ci ilin 11 oktyabr tarixində Əbədiyyətə uğurlanan Kənan Ələkbərlinin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.

Qızılhacılı qəsəbəsindən və Ballıqaya (Süleymanov) kəndindən olan məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə məclis düzənlənib, adına ehsan süfrəsi təşkil olunub, bir daha ruhuna dualar edilib.

Məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı adına təşkil edilən ehsan süfrəsində Şəhidin ailə üzvləri, GoranboyNaftalandan olan Şəhid ailələri, Qazilər, din xadimləri, məktəblillər və digər şəxslər iştirak ediblər.

13:23

***

FOTOLAR:

ANALAR YANAR, AĞLAR…

***

14:54

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Sürət yarışı” keçirən sürücülər saxlanıldı-BAKIDA

Read Next

“İki ölkənin liderləri arasında intensiv təmaslar mövcud siyasi dialoqun inkişafında müstəsna rol oynayıb”-CEYHUN BAYRAMOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir