Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cənnətdəki dördüncü doğum günü, 30 yaşının tamam olması ilə bağlı bu gün İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki övladından biri, bir qız övladı Vətən əmanət qalan Məhəmməd Murad oğlu Məmmədlinin Mingəçevir şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub, qısa çıxışlar edilib.
Şəhidin ailəsinə-anası Mehriban Məmmədovaya Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.
Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdən sonra anasının yaşadığı evdə Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar oxunub.
Məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclisdə Şəhidin ailə üzvləri, Mingəçevirli bəzi Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Məhəmməd Məmmədli 1994-cü ilin avqust ayının 21-də Mingəçevirdə sadə bir ailədə dünyaya gəlib.
Ailədə iki övlad, bir bacı-bir qardaş olublar.
Şəhidliyindən bir neçə il öncə atası Murad kişini itirib.
Orta məktəbi bitirdikdən, hərbi xidmətini başa vurduqdan sonra Məhəmməd Mingəçevirdəki restoranlardan birində ofisiant işləyib.
2020-ci ildə, Şəhidliyindən az öncə ailə qurub.
2020-ci ilin sentyabrın 21-dən də səfərbərliyə cəlb olunub.
İkinci Vətən Müharibəsinin ilk günündən ən ağır döyüş bölgələrindən birində, Talış-Suqovuşan istiqamətlərində olub, döyüşüb.
Oktyabrın 2-də Suqovuşanda ağır döyüşlərdən birində Şəhid olub.
Ancaq düz 2 aydan sonra ondan xəbər çıxıb, daha doğrusu, dekabrın 1-də Şəhidliyi təsdiqlənib və elə həmin gün nəşi Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidliyindən sonra, 2021-ci ilin yanvarın 30-da isə Fatimə adlı qız övladı dünyaya gəlib.
Eyni zamanda, tək bacısının övladına Məhəmməd Məmmədlinin adı və soyadı verilib.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Ancaq anası Mehriban Məmmədova övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını, eyni zamanda, oxuduğu məktəbə Məhəmməd Məmmədlinin adını verilməsini istəyir.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
18:30
***
FOTOLAR:













20:55
***




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





