Cənnətdəki iki doğum günündə, 20 yaşının tamamında-GORANBOYLU, QIZILHACILILI ANTİTERROR ŞƏHİDİ HÜSEYN NƏSİBOVUN MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Goranboylu, Qızılhacılılı iki Antiterror Şəhidindən biri Hüseyn Əfqan oğlu Nəsibovun Cənnətdəki ikinci doğum günündə, 20 yaşının tamamında Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib, Şəhidin İgidliyi və Qəhrəmanlığından söz açılıb, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə Anım məclisi düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.

Eyni zamanda, Şəhidin 20 yaşının tamam olması ilə bağlı tort kəsilib.

Həmçinin, xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, doğmaları, Goranboylu, Naftalanlı, Qobustanlı, Hacıqabullu, Şamaxılı, Bakılı, Samuxlu, Beyləqanlı, İmişlili, Astaralı Şəhid ailələri, din xadimləri, müəllim və məktəblilər, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Bakıda-AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB

Read Next

Prezident Hikmət Mirzəyevə general-polkovnik, dörd polkovnikə isə general-mayor-ALİ RÜTBƏSİ VERDİ – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir