Cənnətdəki ikinci doğum günü, 29 yaşı tamam olan, 3 medal və 1 ordenli-BƏRDƏLİ ŞƏHİD PƏRVİN VÜQAR OĞLU ƏLİZADƏ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Pərvin Vüqar oğlu Əlizadənin doğum günüdür.

Pərvin Əlizadənin bu gün 29 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, əslən Laçınlı olan Pərvin Əlizadə 1993-cü ilin sentyabr ayının 11-də Bərdə rayonunun Qazaxlar kəndində, sadə bir ailədə dünyaya gəlib.

Ailənin 3 oğlan övladından biri, evin böyük oğlu olub.

Atası Birinci Qarabağ Savaşı döyüşlərində iştirak edib.

Pərvin orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

İdmançı, bir çox yarışların qalibi olub.

Həyatını Ordu, hərb ilə bağlayıb.

Azərbaycan Ordusunun peşəkar hərbçisi olub, Leytenant hərbi rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.

Tərtər-Ağdərə, Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib.

Oktyabr ayının 20-də isə “Tülkü dərəsi” deyilən yerdə-ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, oktyabrın 21-də Qazaxlar kənd qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra 3 medal və 1 ordenlə təltif olunub.

Bu ilin fevral ayında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Şəhidin adına verilən dərs otağının açılış mərasimi keçirilib.

Bərdə şəhərinin özündə Şəhidin adını daşıyan küçə var.

O, həm də nişanlı olub.

***

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə mərasim düzənlənib, adlna ehsan verilib.

Ruhuna bir daha dualar oxunub, çıxışlar edilib, bir daha Allahdan ailəsinə səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki ikinci doğum günü təbrik olunub.

Ailəsi də ziyarət və mərasim iştirakçılarına öz minnətdarlıqlarını ifadə ediblər.

Eyni zamanda, Şəhidin anası Vəsilə xanıma “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Medal və vəsiqəni Şəhid anasına adıçəkilən təşkilatln təmsilçisi, jurnalist Kamil Həmzəoğlu təqdim edib.

Şəhidin anası da öz növbəsində “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri, Qubalı Şəhid anası Tünzalə Abduləlimovaya minnətdarlığını bildirib.

Ziyarət və mərasim 3 saata yaxın çəkib.

Ziyarət və mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Bərdə, Tərtər, Goranboy və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Məqamı Uca, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

12:28

***

FOTOLAR:

12:50

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“113-cü xüsusi briqadanın hərbçiləri Vasilenkovo və Artyomovkanı azad edib”-ZELENSKİ

Read Next

Bakıda hava küləkli olacaq, rayonlara yağış yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir