Goranboy rayonunun 12-13 sentyabr 2022-ci il Şəhidlərindən olan Əfsanəvi Xüsusi Təyinatlı, İkinci Vətən Müharibəsi iştirakçısı, Gizir, bir neçə medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli, ailənin üç oğlan övladından və üç hərbçi qardaşdan biri, nişanlı Yusif Asif oğlu Qurbanovun Cənnətdəki ikinci doğum günü, 25 yaşının tamam olması ilə bağlı bu gün məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar olunub.
Məzarını ziyarət zamanı çox təsirli, kövrək anlar yaşanıb, ziyarət iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.
Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdən sonra doğulub boya-başa çatdığı Şəfəq kəndində adını daşıyan “Şəhid bulağı”nın açılış mərasimi olub.
Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, qısa çıxışlar olunub.
Şəhidin İgidliyi və Qəhrəmanlığından, Vətən naminə fədakarlıqlarından bəhs olunub.
Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik edilib.
Sonra “Şəhid bulağı”nın üzərindəki ağ örpək götürülüb və bulağın açılışı rəsmiləşdirilib.
Daha sonra Şəhidin Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasim düzənlənib, adına ehsan verilib, bir daha ruhuna dualar olunub.

Şəhidin məzarını ziyarətdə, adını daşıyan “Şəhid bulağı”nın açılışında və ehsan süfrəsində ailə üzvləri, Goranboydan, Naftalandan, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, keçmiş Xüsusi Təyinatlılar, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri, məktəblilər və digər şəxslər iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü, 25 yaşı mübarək olsun!
Nur içində yatsın!
12:59
***
FOTOLAR:












***









***










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az