Cənnətdəki üçün doğum günü, 22 yaşı tamam olan tək övlad-Emil Əmirov və ailənin 3 övladından biri, 10 dekabrda Anım Günü olacaq-Ərzuman Osmanov – BƏRDƏLİ ŞƏHİD ANASI İLƏ HƏR İKİ ŞƏHİDİN AİLƏSİ ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Bu gün daha iki İkinci Vətən Müharibəsi Şəhidinin evini, ocağını, ailəsini ziyarət etdik…

Daha iki İkinci Qarabağ Savaşı Şəhidinin-anası tərəfindən təkbaşına böyüdülən tək övlad Emil Əmirovun və ailənin 3 övladından, 2 qardaşdan biri Ərzuman Kamran oğlu Osmanovun ailəsində, ocağında olduq…

Ziyarətdə Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi, tək övlad Elməddin Hüseynzadənin anası Arzu Hüseynova və hərbi polis Vahid bəy iştirak edirdi…

Öncə bu gün Cənnətdə üçüncü doğum günü, 22 yaşı tamam olan-tək övlad Emil Əmirovun ocağına baş çəkdik…

Həm Şəhidin anası Xanımnaz İmanovaya, həm də Şəhidin nənəsi, eyni zamanda, tək oğlu Birinci Qarabağ Savaşında Şəhid olan Məleykə xanıma Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin ruhu şad, məkanı cənnətlik olsun!”-dedik…

Şəhidimizin Onsuz qeyd edilən 22 yaşını, Cənnətdəki üçüncü doğum gününü təbrik etdik…

Şəhidimizin anası və nənəsi ilə söhbətləşdik, dərdləşdik, onlara təsəlli verməyə çalışdıq…

Qeyd edək ki, Emil Əmirov 2000-ci ilin dekabr ayının 9-da Mingəçevir şəhərində dünyaya gəlib.

Evin tək oğlan övladı olub və anası tərəfindən təkbaşına böyüdülüb.

İkinci Vətən Müharibəsində MAXE kimi iştirak edib və oktyabr 15-də Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 2 gün sonra, 17 oktyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra medallarla və bir ordenlə təltif olunub.

O, həm də subay olub.

Emil Əmirovin ocağını ziyarətdən sonra sabah Anım Günü olacaq Ərzuman Osmanovun ailəsinə, valideynlərinə baş çəkdik…

Şəhidin valideynləri-anası Kəmalə xanıma və atası Kamran Osmanova bir daha başsağlığı verdik, bir daha Uca Tanrıdan səbr və dözüm dilədik, Şəhidin ruhu qarşısında baş əydiyimizi bildirdik…

Ərzumanın ailəsi, valideynləri ilə də söhbətləşdik, dərdləşdik, onun kediyi qısa, lakin şərəfli döyüş və həyat yoluna birgə nəzər saldıq…

Duyğulandıq, təsirləndik…

1990-cı il, 25 dekabr təvəllüdlü olan Ərzuman ailənin 3 övladından, 2 qardaşdan biri və subay idi.

İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunub və döyüşlərin 5-ci günü, oktyabrın 1-də Şəhid olub.

Ancaq nəşi 69 gün sonra tapılıb və 10 dekabr 2020-ci il tarixində Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif edilib.

Məqamları bir daha Uca, məkanları bir daha cənnətlik olsun!

Nur içində yatsınlar!

17:50

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 58 yeni-YOLUXMA…

Read Next

Braziliyanı udan Xorvatiya millisi dünya çempionatının-YARIMFİNAL MƏRHƏLƏSİNDƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir