Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Antiterror Şəhidlərindən-əslən Lerikli, özü isə Bakılı olan Savalan İsfəndiyar oğlu Qafarovun doğum günüdür.
Savalan Qafarovun bu gün-9 dekabr 2025-ci il tarixində 22 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün Şəhidin Binə qəsəbə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Qısa çıxışlar olunub.
Ailəsinə, valideynlərinə-anası Xəyalə xanıma, atası İsfəndiyar Qafarova Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik edilib.
Xatirə fotoları çəkdirilib.
Məzrını ziyarətdən sonra Binə qəsəbəsində yerləşən “Sevgi Hall” şadlıq sarayında Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclis düzənlənib.
Məclisdə Şəhidlərin xarirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Bir daha ruhuna dualar olunub, bir daha çıxışlar edilib.
Vətən, Şəhidlərə həsr olunmuş şeirlər, musiqilər səsləndirilib.
Sonda adına ehsan verilib.
Şəhid məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclisdə ailə üzvləri, doğmaları, Şəhid ailələri, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Savalan İsfəndiyar oğlu Qafarov 2003-cü il dekabr ayının 9-da Lerik rayonunun Cəngəmiran kəndində anadan olub.
Sonra ailəsi ilə birlikdə Bakı şəhərinə, Binə qəsəbəsinə köçüblər.
Ailənin iki övladından biri, evin tək oğlu və tək bacının tək qardaşı olub.
Orrta təhsilini Bakı şəhəri 218 saylı tam orta məktəbində alıb, daha sonra isə Bakı İdarəetmə və Texnologiya Kollecində oxuyub.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Savalan Qafarov 20 sentyabr 2023-cü il tarixində Xocalı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub
Nəşi Binə qəsəbə Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhdliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
20 yaşlı Savalan həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
13:24
***
FOTOLAR:







***





***








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





