Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Samux rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Emil Sadıqzadənin doğum günüdür.
Emil Sadıqzadənin bu gün 23 yaşı olur və bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Emil Əziz oğlu Sadıqzadə 2000-ci ilin iyul ayının 22-də Samux rayonunun Qovlarsarı kəndində, sadə bir ailədə dünyaya gəlib.
O, ailənin 3 övladından biri, 2 bacının tək qardaşı, evin sonbeşiyi olub.
Uşaqlıqdan musiqiyə, qarmona böyük həvəsi olub, həm özünün, həm də ailəsinin istəyi ilə musiqi məktəbinə, qarmon sinfinə gedib.
Sonra musiqi təhsilini davam etdirib, Gəncə Musiqi Kollecinə daxil olub və oranı bitirib.
Kolleci bitirdikdən sonra, 2019-cu ildə hərbi xidmətə yollanıb.
İkinci Vətən Müharibəsi başlayan ilk gündən də Əsgər-Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş istehkamçısı, kəşfiyyatçısı kimi döyüşlərdə iştirak edib.
19 günlük döyüş yolu da uzun və şərəfli olub.
Murov, Kəlbəcər, Xocavənd, Füzuli və Cəbrayıl istiqamətlərində şücaətlər göstərən, qəhrəmanlıqlara imza atan XTQ-çı Emil 20 yaşında, oktyabr ayının 15-də ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra Qovlarsarı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalı və digər medallarla təltif olunub.
O, həm də subay olub.
Qovlarsarı kəndində adını daşıyan küçə var.
***
Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün Emil Sadıqzadənin məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə məclis düzənlənib, adına ehsan verilib.
Bir daha ruhuna dualar edilib.
Bir daha ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.
Məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Samux və Bərdə rayonlarından olan Şəhid ailələri və başqa şəxslər iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək, 23 yaşı mübarək olsun!
Nur içində yatsın!
12:50
***
FOTOLAR:








12:57
***










13:15
***
ŞƏHİDİN-TƏK QARDAŞLARININ DOĞUM GÜNÜ TOTRUNU KƏSMƏK ONLAR- ŞƏHİD BACILARI ÜÇÜN ÇOX AĞIRIYDI, ÇOX…




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





