Cənnətdəki üçüncü doğum günü, 29 yaşı tamam olan-ŞƏHİD HİDİ VƏLİYEVİN ORDEN HAQQI TANINACAQMI? – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Hidi Bəxtiyar oğlu Vəliyevin doğum günüdür.

Hidi Vəliyevin bu gün 29 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü ad günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Hidi Vəliyev 1994-cü ilin mart ayının 2-də Tap Qaraqoyunlu kəndində dünyaya gəlib.

Ailənin dörd övladından və iki qardaşdan biri olub.

İkinci Vətən Müharibəsinə Azərbaycan Ordusunun hərbçisi, MAXE kimi qatılıb.

Və müharibənin elə ilk günündə, sentyabrın 27-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhid olub.

Həmin vaxt Tap Qaraqoyunlu kəndi atəş altında olduğu üçün nəşi bir gün sonra, sentyabrın 28-də Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən 3 medalla təltif edilib.

Ancaq ailəsi övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.

Hətta bununla bağlı aidiyyatı qurumlara ailəsi tərəfindən müraciətlər də ünvanlanıb.

Eyni zamanda, Tap Qaraqoyunlu kəndinin küçələrindən birinə Onun adı verilib.

O, həm də subay olub.

00:01

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Məktəblilər tərəfindən Şəhidə, Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə (Tap Qaraqoyunlu kəndində) mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə ailə üzvləri, yaxınları, Goranboy Naftalandan olan Şəhid ailələri, məktəblillər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 29 yaşı mübarək olsun!

Nur içində yatsın!

12:30

***

FOTOLAR:

12:37

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava buludlu və küləkli olacaq-SABAH

Read Next

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi praktiki xarakter daşıyaraq beynəlxalq sülh və təhlükəsizliyə böyük töhfə verib”-İLHAM ƏLİYEV – AZƏRBAYCAN PREZİDENTİ BİR SIRA-GÖRÜŞLƏR KEÇİRDİ – FOTOLAR – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir