Cənnətdəki üçüncü doğum günündə, 22 yaşının tamamında-ŞƏHİD ZİYA NURMƏMMƏDOVUN MƏZARI ZİYARƏT OLUNDU, ONUN 19 İLLİK QISA VƏ ŞƏRƏFLİ HƏYAT, DÖYÜŞ YOLUNDAN DANIŞILDI, MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Cənnətdəki üçüncü doğum günü, 22 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Kürdəmirin Sığırlı kəndinin üç İkinci Vətən Müharibəsi Şəhidindən biri olan, evin-ailənin tək və subay oğlu, iki bacının tək qardaşı, üç medallı Ziya Zabil oğlu Nurməmmədovun məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, qısa çıxışlar edilib.

Etikxeber.az xəbər verir ki, çıxışlarda tarixi İkinci Vətən Müharibəsindən, Qələbə və Zəfərimizdən, Ziya Nurməmmədov da daxil olmaqla, cəmi Şəhidlərin göstərdiyi İgidlik və Qəhrəmanlıqlarından, Vətən naminə fədakarlıqlarından danışılıb.

Eyni zamanda, Şəhidin keçdiyi 19 illik qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə-ata ocağında Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar oxunub.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, müəllimlər, Kürdəmir rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü-22 yaşı mübarək olsun!

***

FOTOLAR:

15:29

***

ŞƏHİDİN VALİDEYNLƏRİ, QOHUMU VƏ ŞƏHİD MƏNSUR AĞAYEVİN ANASI İLƏ ZİYA NURMƏMMƏDOVUN MƏZARINI ZİYARƏT ETDİK…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İki səfir geri çağırıldı-ÜÇ YENİ SƏFİR TƏYİN OLUNDU – YENİLƏNİB – (1)

Read Next

“Fransa tərəfini təhrikçi və təxribatçı fikirlərə son qoymağa çağırırıq”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir