“Cəriməni qəpiklərlə verəcəm”- BLOGGER

Blogger Mehman Hüseynov 1 qəpik kampaniyasına başlayıb. 

Etikxeber.az xəbər verir ki, M.Hüseynovun sözlərinə görə, bunda məqsəd məhkəmə tərəfindən 200 manat məbləğində edilən cəriməni toplamaqdır:

“Düşünürəm ki,   cəriməni 1 qəpiklərlə ödəyim. 1,3 və 5 qəpiklər yığaraq cəriməni bu formada verəcəm. 
Əgər mənim 200 manatıma ehtiyacları varsa, o pulu verəcəm. Amma cəriməni bu formada, qəpiklərlə verəcəm” – deyə, blogger bildirib.  

Qeyd edək ki,  Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanmışdı.

O, polislərin əmrinə tabe olmamaqda təqsirləndirilərək 200 manata məbləğində cərimə edilib. 

Etikxeber.az

Read Previous

“Ehtiyatları ən azı 1,2 trilyon kubmetr olan “Şahdəniz” dünyada ən iri qaz yataqlarından biridir” – PREZİDENT

Read Next

30 reys təxirə salınıb, 60-a yaxın reys yubanır – RUSİYADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir