“Cəfər Cabbarlı adına kinostudiyanın ətrafı ancaq restoran, kafe, barlardr. Hansı ölkədə belə vəziyyət var?!”-FAZİL MUSTAFA YENƏ SƏRT DANIŞDI

Özəl sektorda pandemiyaya görə iş yerləri bağlanıb, çox insan iş yerini itirib.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

O, bildirib ki, işsizlikdən sığorta ödənişi ilə təmin olunan şəxslərin sayı olduqca azdır:

“Hökumətdən xahiş edirəm, bu boşluqlara baxılsın. Ölkədə işsiz əhalinin sayı artır”.  

Ölkədə boşanma hallarının artdığını deyən F. Mustafa məktəblərdə təhsilin səviyyəsinin düşdüyünü bildirib.

“Burada obyektiv səbəblər var. Ancaq subyektiv səbəblər də var. Bu gün bir sıra yerlərdə mədəniyyət evləri fəaliyyət göstərmir. Sökülən mədəniyyət evlərinin əraziləri ayrı-ayrı şəxslərə sot-sot satılır. Mehriban Əliyevanın həssaslığı olmasaydı, bir çox məmur mədəniyyət evlərinin ərazisinin satışını həyata keçirərdilər. Gənclər evlərinin də, digər mərkəzlərin də boş qalması dövlətə heç bir fayda vermir. Mədəniyyət Nazirliyi ilə birlikdə bu prosesə başlamaq lazımdır.

Ölkədə 47 olimpiya kompleksi fəaliyyət göstərir. Bunlar dövlət büdcəsi hesabına tikilib. Ancaq qapısı bağlı fəaliyyətsiz qalıb. Cəfər Cabbarlı adına kinostudiyanın ətrafı ancaq restoran, kafe, barlardr. Hansı ölkədə belə vəziyyət var?! Postpandemiya dövründə bu problemlər həllini tapmalıdır. Pilot layihələr iflasa uğrayıb. Bunun çarəsini tapmaq lazımdır”-deyə, millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Eldəniz Səlimov Şəhid ailələri, Qazilər, Qazi ailələri ilə bağlı-HÖKUMƏTƏ SƏSLƏNDİ…

Read Next

Ağdamda 6 nəfər minaya düşdü-İKİ QARDAŞ HƏLAK OLDU – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir