“Cəmi 237 manat maaş alıram…Onunla bilmirəm özümü müalicə etdirim, yoxsa, ailəmi dolandırım…Bu maaşla necə müalicə olunmaq, necə ailə dolandırmaq olar?!”-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI NOVRUZ İBRAHİMOV – FOTOLAR

Novruz Mübariz oğlu İbrahimov…

21 mart 1990-cı il təvəllüdlü…Necə deyərlər, Bahar, Novruz oğlu…

Elə Novruzda, Bahar bayramında doğulduğu, dünyaya gəldiyi üçün adını da Novruz qoyublar…

Novruz Mingəçevirdə sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib…

Orta məktəb təhsilini başa vurduqdan sonra-2008-ci ildə həqiqi hərbi xidmətə yollanıb və əsgərliyini çəkdikdən sonra-2010-cu ildə yenə Mingəçevirə, evinə, ailəsinə dönüb…

Hərbi xidmətini başa vurduqdan sonra müxtəlif sahələrdə çalışıb, ailə qurub, evlənib, ailəsini də alnının təri, əllərinin qabarı ilə dolandırıb…Hazırda da bir övlad atasıdır…

İkinci Vətən Müharibəsi başlayanda, könüllü şəkildə müharibəyə, qanlı döyüşlərə yollanıb, döyüş yolu oktyabrın 9-dan başlayıb, Füzuli, Cəbrayıl və Xocavəndəcən döyüş yolu keçib…

Oktyabrın 28-də, Xocavənd istiqamətində ağır döyüşlərdən birində də ciddi xəsarət, kəllə-beyin travması, kontuziya alıb, yaralanıb…

Onu Füzuliyə gətirib, öncə xəstəxanada, sonra hospitalda ilkin tibbi yardım göstərərib, daha sonra isə Bakıya, “Papanin” adlı hərbi hospitala göndəriblər…

“Ancaq çox təəssüflər olsun ki, məni “Papanin”də saxlamadılar, vəziyyətimi, səhhətimi nəzərə almadılar, sanki başlarından etdilər və əslində məni aldatdılar, dedilər ki, müalicə alacaqsan, filan, ancaq heç bir müalicə almadım…Məni oradan əvvəlcə “N” saylı hərbi hissəyə, sonra isə başqa bir hissəyə göndərdilər…Oradan da məni bu vəziyyətdə yenidən döyüşə, döyüş bölgəsinə yolladılar…Müharibə başa çatandan sonra məni buraxmadılar, dedilər ki, get, xəsarət almağın, yaralanmağın barədə sənəd gətir…Mən də Füzuli hospitalına gəlib, oradan yaralanmağm, xəsarət almağım barədə sənəd aldım və gətirib verdim hərbi hissəmizə…Beləliklə, dekabrın 17-də məni ordudan, xidmətdən təxris etdilər və evimə döndüm”-deyən Novruz səhhətində hələ də problemlər qaldığını, davam etdiyini, maddi imkansızlıqdan müalicə ala bilmədiyini də sözlərinə əlavə edir.

“Hələ də özümü çox pis hiss edirəm, sanki başım yerindən oynayıb, ağrılar mənə imkan vermir…Müalicə də almıram…Heç kim, heç bir qurum tərəfindən də nə müharibə dövründə, nə ondan sonra mənə, ailəmə kömək edilib, yardım əli uzadılıb…Heç bir köməklik görməmişik bu günə kimi…Bu vəziyyətdə işləməyə məcburam…Çünki ailə sahibiyəm, Allah cəmi balaları saxlasın, mənim də bir övladım var, cəmi 237 manat maaş alıram…Onunla bilmirəm özümü müalicə etdirim, yoxsa, ailəmi dolandırım…Bu maaşla necə müalicə olunmaq, necə ailə dolandırmaq olar?! Həm səhhətim çox dözülməzdir, həm də maddi durumum…Sizdən çox-çox xahiş edirəm ki, mənim vəziyyətimi işıqlandırasınız, diqqətə çatdırasınız, bəlkə bundan sonra kimsə insafa gələ, mənə, ailəmə, müalicəmə kömək edə…”-deyə, Novruz daha sonra qeyd edir…

Novruz eyni zamanda, adının medala təqdim olunmamasından narazıdır, bildirir ki, bu, ona çox pis təsir…

Yenə də çox üzücü və çox ürəkağrıdıcı bir mənzərə…

Yenə də qəbulolunmaz bir durum…

Yəqin ki, aidiyyatı qurumlar, təşkilatlar heç olmasa, bundan sonra Novruz problemlərinə diqqət ayrırar, ona müalicəsi və digər çətinliklərinin həlli üçün köməklik göstərər…

Hər halda, ümid ən sonda ölür deyirlər!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ölkə Prezidenti bir daha əsl rəhbər, Lider mövqeyini ortaya qoydu, hansı dövlət olmasından asılı olmayaraq, Azərbaycan maraqlarının kimsəyə qurban verilməyəcəyini açıq şəkildə ifadə etdi…”-ELDAR İBRAHİMOV YAZDI

Read Next

Seymur Verdizadə 28 il sonra ata yurdunda göz yaşlarına-HAKİM OLA BİLMƏDİ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir